AzəriMed QSC
Marketinq meneceri
Son tarix 07 iyl 2024 - [email protected]
Tələblər:
- Yaş: 23-35;
- Təhsil: Ali və ya orta təhsil;
- Merçendayzinqin əsasları üzrə biliklər;
- Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Şəhərdaxili və rayonlara getmək üçün şəxsi avtomobilin olması mütləqdir(amortizasiya və yanacaq şirkət tərəfindən qarşılanacaqdır);
- Kompüter bilikləri: MS Office proqramlarında baza bilikləri;
- Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
- Ezamiyyətə açıq olmalı;
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş həftəlik hərəkət cədvəli üzrə satış nöqtələrini ziyarət etmək;
- Satış Nöqtələrində endirim lövhələrinin, reklam posterlərinin, promo məhsullarının düzgün yerləşdirilməsinin təşkili;
- Yerləşdirilmiş posterlərin, promo məhsulların, reklam monitorlarının vəziyyətinə daimi nəzarət edilməsi;
- Endirimdə olan və ya hədiyyəli məhsullar barədə rəflərdə etiketlənmələri və müştəri stimullaşdırıcı addımları həyata keçirmək;
- Şirkətin marketinq fəaliyyətinə mane olan halları aşkarlamaq və müvafiq şəxslərə bu barədə məlumat vermək;
- Satış nöqtələrində təyin edilmiş məhsulların satışının stimullaşdırılmasına dəstək məqsədli ideyalar təklif etmək;
- Gündəlik işlər və satış nöqtələrindəki vəziyyət barədə rəhbərliyə periodik olaraq hesabatların verilməsi.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: 1000 AZN(Gross)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq meneceri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.