Azeri Mining Group
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 29 avq 2025 - [email protected]
İş yeri: Xırdalan şəhəri
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, işdən azad edilmə və digər kadr sənədlərinin rəsmiləşdirilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
- İşçilərin davamiyyəti və iş qrafiklərinə nəzarət, ay sonunda davamiyyət tabellərinin hazırlanaraq mühasibatlığa təqdim olunması;
- “ƏMAS” portalında əməliyyatların aparılması (əmək müqavilələri, xitam əmrləri, dəyişikliklər, məzuniyyətlər və s.);
- Məzuniyyət qrafiklərinin tərtibi və istifadəsinə nəzarət;
- Ştat cədvəlinin hazırlanması və müvafiq dəyişikliklərin aparılması;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi və uçotunun aparılması;
- Son haqq-hesabların və məzuniyyət ödənişlərinin hesablanması;
- İşçilərlə bağlı məlumat bazasının yaradılması və daimi yenilənməsi;
- Əmək fəaliyyəti ilə bağlı arayış və xasiyyətnamələrin hazırlanması;
- Elektron xəstəlik vərəqələrinin “E-gov” portalına yüklənməsi;
- Əmək və icra intizamının pozulması hallarının sənədləşdirilməsi;
- Açıq vakansiyaların elanlara hazırlanması və paylaşılması, CV-lərin incələnməsi, ilkin müsahibələrin təşkili və nəticələrin bildirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (İnsan Resursları, Menecment və ya əlaqəli sahə üzrə);
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi və kadr kargüzarlığı sahəsində dərin bilik;
- Cəmlənmiş uçot vaxtı ilə işləmə təcrübəsi (minimum 1 il);
- ƏMAS və İSB portallarındakı son dəyişikliklərə bələdlik;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik işləmə bacarığı;
- Gənc, dinamik və inkişaf yönümlü olmaq;
- Karyera inkişafına maraqlı olmaq.
Əmək şəraiti:
- İş rejimi: Həftənin 6 günü
- Bazar ertəsi – Cümə: 09:00 – 17:00
- Şənbə: 09:00 – 15:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək haqqı: 800 – 1000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq)
Müraciət qaydası:
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.