Vakansiya 1: Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
- Layihə planlama işlərinin həyata keçirilməsi;
- Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
- Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
- Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Maliyyə modellərinin hazırlanması və təhlili;
- Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
- Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
- PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Namizədlər bu link vasitəsi ilə müraciəıt edə bilərlər
Vakansiya 2: Auditor
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;
- Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
- Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
- Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;
- Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
- Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
- Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;
- Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
- Peşəkar səriştələr: Kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları, müşahidə aparmaq, faktları müəyyən etmək qabiliyyəti, analitik, məntiqi və kritik düşünmə qabiliyyəti;
- Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
- IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür)
- MS Office proqramlarında səlis işləmək qabiliyyəti. (İT sistemləri üzrə biliklər üstünlükdür).
- Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat və ya hüquq ixtisası, texniki və ya təbiət elmləri üzrə ali təhsil;
- Maliyyə və ya daxili/xarici audit sahəsində ən azı 1 il iş təcrübəsi.
Müraciət üçün bu lkinkə - (https://careers.azergold.az/vakansiya/auditor-daxili-audit-xidmeti) daxil ola bilərsiniz
Vakansiya 3: Aparıcı Auditor
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Risk əsaslı illik plana uyğun olaraq audit yoxlamasının məqsədlərinin, həcminin və iş proqramının hazırlanması;
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;
- Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
- Tövsiyələrin işlənib hazırlanması və nəticələrin biznes proseslərin iştirakçıları ilə razılaşdırılması;
- Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
- Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;
- Daxili audit xidmətinin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı departamentin normativ və digər aktlarının işlənib hazırlanması;
- İllik audit strategiyası və planının tərtib edilməsində iştirak;
- Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
- Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
- Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;
- Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
- Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
- Peşəkar səriştələr: Normativ qaydaların yazılması üzrə bilik və bacarıq, kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları,müşahidə aparmaq və faktları müəyyən etmək qabiliyyəti. Analitik, məntiqi və kritik düşünmə qabiliyyəti.
- IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür).
- MS Office proqramlarında səlis işləmək qabiliyyəti (İT sistemləri üzrə biliklər üstünlükdür).
- Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat, hüquq, texniki və ya təbiət elmləri üzrə ali təhsil.
- Daxili/xarici audit sahəsində ən azı 3 il iş təcrübəsi.
Müraciət üçün bu lkinkə - (https://careers.azergold.az/vakansiya/aparici-auditor-daxili-audit-xidmeti) daxil ola bilərsiniz
Vakansiya 4: Hesabatlılıq sektoru müdiri
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və ona nəzarət etmək;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında uçot siyasətini təşkil etmək;
- MHBS üzrə hesabatların hazırlanması;
- Kənar auditorlarla MHBS nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması;
- Növbəti hesabat dövrləri üçün gözlənilən MHBS hesablamalarının nəticələri haqqında tabe olduğu rəhbərə mütəmadi məlumat vermək;
- MHBS hesabatları prinsiplərinin dəyişilməsi və yenilənməsi hallarına dair mütəmadi izləmələrin aparılması;
- İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;
- Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək;
- Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi;
- Fəaliyyət sahəsinə aid digər hesabatların vaxtlı-vaxtında hazırlanmasını təmin etmək;
- Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunmasını istiqamətində müvafiq işlərin görülməsini təmin etmək;
- Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşdirmə işlərini təşkil etmək.
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
- Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- ACCA F1-F9 səviyyəsi üzrə sertifikatlar və ya CİMA Managment Level sertifikatı olan namizədlərə üstünlük verilir.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
Müraciət üçün bu lkinkə - (https://careers.azergold.az/vakansiya/sektor-mudiri-maliyye-sobesi-hesabatliliq-sektoru) daxil ola bilərsiniz