AzerGold CJSC
Təmir işləri üzrə planlama mühəndisi
Son tarix 07 apr 2023 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsini planlamaq;
- Qeydiyyat kartlarının tərtib edilməsi, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama
- kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı;
- Mexaniki təmir və Planlama üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək.
- İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi;
- CİL zavodda həyata keçiriləcək texniki təmir işlərinin təşkili;
- Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması;
- Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili;
- Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
- Mexaniki təmir və planlama və sahəsinə aid işlərin digər şöbələrlə avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili;
- Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması;
- Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək;
- İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi;
- Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi;
- Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi;
- Mexaniki təmir heyətinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office,Ms Project, Primavera proqramlarından istifadə bacarığı;
- Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq (əlvan metalların istehsalı)
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarını bilməlidir.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Mexanika, Sənaye və ya Elektrika ,Elektronika mühəndisliyi üzrə ali təhsil;
- Bu və ya oxşar sahədə (təmir planlaması) 3 il iş təcrübəsi.
İş qrafiki: Növbəli iş rejimi
Növbə rəisə (metallurgiya sahəsi üzrə)
Son tarix 07 apr 2023 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
- Topa aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək;
- Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
- Qızıl axınının ölçülməsinə nəzarət;
- Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək;
- Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək;
- Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək;
- Sianidlə leach performansın və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
- Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
- Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
- Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
- Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
- Topa qələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına nəzarət etmək;
- Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək;
- Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
- Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
- Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
- Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
- Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Hasilat norma və qaydalarını bilməli;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Kimya mühəndisliyi və metallurgiya ixtisası üzrə ali təhsil;
- Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
İş qrafiki: Növbəli iş rejimi