AzerGold CJSC
İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin müdir müavini
Son tarix 12 okt 2023 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Tabeçiliyində olan İKT sektorlarının fəaliyyətinə nəzarət, onlara dəstəyin göstərilməsi;
- Cəmiyyətin İKT sahəsində siyasətini, habelə prosedurlarını və qaydalarını hazırlamaq;
- Cəmiyyətin informasiya sistemlərinə və onun fəaliyyətinə aid layihə sənədlərini, texniki tapşırıqları və xərclər smetasını hazırlamaq;
- İKT şöbəsinə aid bütün layihələrin idarəolunması;
- Problemlərin həlli üçün podratçılarla qarşılıqlı əlaqələrin yaradılması;
- Layihələrin effektiv icrası üçün, habelə İKT tərəfindən təqdim olunan xidmət səviyyəsinin artırılması məqsədilə Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı əlaqələrin yaradılması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müxtəlif HA sistemləri, virtualizasiya sistemləri (VCSA/Hyper-V), Windows və Linux server tipli ƏS, şəbəkə avadanlıqları (router, switch, ngfw), mail server (exchange, kerio), backup sistemləri (veeam, nakivo), korporativ AV sistemləri (eset
- endpoint, symantec) və rəqəmsal telefoniya (3CX, oktell, asterisk) sistemləri üzrə administrator səviyyəsində dərin biliklər;
- İT Security üzrə nəzəri biliklər;
- LAN/WAN, VPN texnologiyaları üzrə dərin biliklər;
- Monitorinq alətləri (zabbix, prtg, adaudit və s.) üzrə təcrübə;
- Müxtəlif iri həcmli İKT infrastruktur layihələrinin icrası üzrə dərin biliklər və təcrübə;
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə tələb olunur;
- Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, vizyon, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali Təhsil.
- Sistem və ya şəbəkə inzibatçısı kimi ən azı 5 il, idarəetmə təcrübəsi - ən azı 2 il tələb olunur.
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günüdür.