AzerGold CJSC
Zavod müdiri / CİL zavodu
Son tarix 02 may 2026 Müraciət et
İş şəraiti:
- İş yeri: Daşkəsən rayonu
- İş növü: Tam
Vakansiyaya dair tələblər:
- CİL zavodu üzrə aparılan prosesləri ən effektiv şəkildə idarə etmək;
- İstehsalatla bağlı maliyyə hesabatlarını hazırlamaq;
- İstehsalatın optimallaşdırılması ilə bağlı metallurji testlərin aparılması üçün təkliflər vermək;
- Proses daxilində optimizasiya proqramları hazırlamaq və bu proqramları idarə etmək;
- Kimyəvi maddələrin istifadəsində optimal göstəriciləri təyin edərək maliyyə avantajı əldə etmək, nəzarətdə saxlamaq və müvafiq hesabatları hazırlamaq, həmçinin bütün kimyəvi maddələrin istifadəsinə dair təlim təqdimatlarını hazırlamaq və zəruri təlimləri keçmək;
- Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək;
- Əməliyyatın çatışmazlıqlarını və tələblərini analiz edərək əməliyyata istiqamət vermək;
- Proses dəyişikliklərinə əsasən istehsalat meneceri ilə məsləhətləşməklə əməliyyat planını hazırlamaq;
- İstehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə nəzarətçilərdən məlumat toplayaraq, lazım olan tədbirlərin görülməsinə qərar vermək;
- Karbon sıyırma və dəyirman dayanma planlamalarını təşkil etmək;
- Proses təlimatlarının və prosedurların yaradılmasını, hər bir təlimatın öyrədilməsini və icrasını təmin etmək;
- İcra etdiyi işlərin qanunvericiliyə və Cəmiyyətdaxili qayda, prosedur və təlimatlara uyğun olmasına;
- "İşə icazə" vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsinin təmin edilməsi;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı),Rus dili (yaxşı)
- Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsilin (kimya, kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsilin) olması tələb olunur.
- Müvafiq sahə üzrə təcrübə müddəti 5 il, Ümumi təcrübə müddəti 7 il, İdarəetmə təcrübəsi müddəti 4 il
- Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00 - dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Mədən mühəndisi / Zod sahəsi
Son tarix 02 may 2026 Müraciət et
İş şəraiti :
- İş yeri: Kəlbəcər rayonu
- İş növü: Tam
Vakansiyaya dair tələblər:
- Tabeliyində olan əməkdaşların iş bölgüsünün aparılması və işinə nəzarət etmək;
- Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasına cavabdehlik;
- Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasının təmin edilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində gündəlik məlumatların bazaya daxil edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Səlahiyyətləri çərçivəsində yerüstü istismar işlərində dizayn və keyfiyyətə nəzarət etmək;
- İllik büdcə və mədənin işlənmə müddətinə dair istehsal planının hazırlanmasında iştirak etmək və bütün istehsalat tələblərinə əməl edilməsini səlahiyyətləri çərçivəsində təmin etmək;
- Səlahiyyətləri çərçivəsində qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək;
- Filiz yataqlarında zəngin olan əsas faydalı komponentlərin yer təkində qiymətləndirilməsi və geostatistik müqayisəli təhlilinin aparılması;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
- Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə və ya yaxın sahədə 2 il iş təcrübəsi
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
AzerGold CJSC
74
Sahə rəisi / Zod sahəsi
Son tarix 02 may 2026 Müraciət et
İş şəraiti:
- İş yeri: Kəlbəcər rayonu
- İş növü: Tam
Vakansiyaya dair tələblər:
- İllik hasilat planlarının hazırlanmasına rəhbərlik etmək;
- Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasına rəhbərlik etmək;
- Söyüdlü qızıl yatagının fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
- Söyüdlü qızıl yatagının sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
- Söyüdlü qızıl yatagının sahəsində işlərin təhlükəsiz və davam etdirilə bilən şəkildə inkişaf etdirilməsinə rəhbərlik etmək;
- Mədən gəlirliliyinin artırılması, əməliyyat xərclərinin azaldılması, işlərin və proseslərin optimallaşdırılması üçün təkliflər verilməsində iştirak etmək və zəruri tədbirlərin görülməsini təşkil etmək;
- Sahənin kommersiya mənfəəti üçün texniki imkanları və potensialı dəyərləndirmək;
- Sahə üzrə dağ-mədən işləri və əlaqədar texniki xidmət fəaliyyətlərinin idarə ediməsində iştirak etmək;
- Mədənin istismarı büdcəsinin işlənib hazırlanmasında iştirak və nəzarət etmək;
- Filiz ayırma sistemlərinin planlaşdırılması və fəaliyyət planına uyğun olaraq yerinə yetirilməsini təşkil etmək;
- İstehsalat sahələrində istehsalata dair xidmətlər göstərən podratçı və subpodratçı şirkətlərin işinə nəzarət etmək;
- İstehsalat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan daha effektiv metodların tətbiqini təklif etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
- Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və GIS proqram təminatları ilə işləmə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (Geologiya və ya dağ-mədən mühəndisliyi, metallurgiya mühəndisliyi, üzrə ali təhsil (bakalavr və magistr səviyyəsi);
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geotexnik mühəndisi / Zod sahəsi
Son tarix 02 may 2026 Müraciət et
İş şəraiti:
- İş yeri: Kəlbəcər rayonu
- İş növü: Tam
Vakansiyaya dair tələblər:
- Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;
- Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək
- Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq
- Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək
- Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək
- Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək
- Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq
- Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək
- Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
- Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Baş geoloq / Zod sahəsi
Son tarix 02 may 2026 Müraciət et
İş şəraiti:
- İş yeri: Kəlbəcər rayonu
- İş növü: Tam
Vakansiyaya dair tələblər:
- Mədən işlərini və iş bölgüsünü təşkil etmək;
- Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təşkil etmək;
- Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasını təşkil etmək;
- Mədən ehtiyatlarının qalığının hər il üçün yenidən hesablanmasına nəzarət etmək və hesabatın bölmə rəhbərinə təqdim edilməsi;
- İllik istehsalat planının hazırlanması, işlərin plana uyğun aparılması və gündəlik, aylıq, rüblük, illik hesabatların hazırlanması;
- Təhlükəsizlik, ətraf mühit və keyfiyyət göstəricilərinə riayət edilməklə Söyüdlü qızıl yatagında geologiya, mədən və tapoqrafiya işlərini təşkil etmək;
- Bütün geoloji və keyfiyyətə nəzarət məlumatları ilə tanış olmaq və digər struktur bölmələr ilə effektiv şəkildə əməkdaşlıq etmək;
- Nümunənin nömrələnməsi və çatdırılması daxil olmaqla, mövcud prosedur standartlarına uyğun şəkildə nümunə hazırlama fəaliyyətinin gerçəkləşməsini təşkil etmək;
- Qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək;
- Buruqqazma, partlayış və daşıma işləri üzrə podratçılarlarla işləri təşkil etmək;
- Faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasını təmin etmək;
- Mədən üzrə maksimum və arzu edilən keyfiyyətə nail olunmasını təmin etmək üçün çıxarılan filiz ehtiyatının keyfiyyətinə nəzarət etmək və məlumatlarının uyğunluğunu yoxlamaq;
- Filiz anbarından qırıcıya cəlb olunacaq filizin dərəcəsinə uyğun həcmlərini müəyyən etmək;
- Filiz bloku poliqonunun tamamilə işlənmiş olmasına nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
- Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və CİS proqram təminatları ilə işləmə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (Geologiya - mühəndis geoloq ixtisası üzrə bakalavr və magistr səviyyəsi);
- Müvafiq sahə üzrə 4 il iş təcrübəsi
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Partlayış işləri üzrə dağ-mədən mühəndisi / Zod sahəsi
Son tarix 02 may 2026 Müraciət et
İş şəraiti:
- İş yeri: Kəlbəcər rayonu
- İş növü: Tam
Vakansiyaya dair tələblər:
- Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasını nəzarətdə saxlamaq;
- Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçı və subpodratçılar ilə əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;
- Gündəlik, həftəlik və aylıq vaxt ərzində qısa mədən planlarının hazırlanması və bu planların həyata keçirilməsi üçün avadanlıq tələbatı ilə yanaşı, qazma, dəlmə və partlayış planı, mədən nəzarət planının hazırlanması;
- Dağ-mədən dizayn, dağ-mədən, geotexniki mülahizələr, daxili və xarici yolların tətbiqi və infrastruktur məhdudiyyətləri əsasında dizaynın işlərinin görülməsi;
- İstehsalat hədəfinə nail olmaq məqsədi ilə, faktiki əlaqəli hesabatın hazırlanması və analiz olunması;
- Təhlükəsizlik, istismar xərcləri, mədən dərinliyi və ətraf mühit təbəqələri kimi amilləri nəzərə alaraq faydalı qazıntıların çıxarılması üsulları ilə bağlı təkliflərin irəli sürülməsi;
- Fəaliyyət istiqamətinə uyğun olaraq yaranan əlaqəli texniki problemlərin həll edilməsi;
- Sahə üzrə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;