AzerGold CJSC
Baş hüquqşünas
Son tarix 15 iyn 2024 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasınında iştirak etmək;
- Öz səlahiyyəti çərçivəsində hüquqi risklərin müəyyən edilməsində və əlaqəli hesabatların hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin hüquqi ekspertizasının aparılması;
- Tapşırıq əsasında hüquqi araşdırmalar aparmaq, zəruri olan arayış, rəy və məlumatları hazırlamaq, hazırlanmış arayış və rəylərin yoxlanılmasında iştirak etmək;
- Məhkəmələrdə, dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
- Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin, Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınmasını qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmək;
- Cəmiyyətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsində iştirak etmək və sektor müdiri tərəfindən bu istiqamətdə tapşırılmış işləri icra etmək;
- Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından daxil olan məktub, sorğu və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə sektor müdirinə məruzə etmək;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar investisiya qiymətli kağızları üzrə (istiqrazlara münasibətdə) hüquqi prosedurlarının icrasını həyata keçirmək;
- Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını icra etmək;
- Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə, Planlama səriştəlikləri;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
- Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
İnsan resursları üzrə biznes tərəfdaş
Son tarix 14 iyn 2024 Müraciət et
Əsas vəzifələri:
- Biznes funksiyalarının səmərəliliyini artırmaq üçün vəzifələri və təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq;
- Struktur bölmələr üzrə namizədlərin seçilməsini və işə qəbul planının icrasını təşkil etmək;
- Struktur bölmələrin aktiv boş vakansiyalarıyla bağlı elan nümunə formalarının hazırlanması, Uyğun namizədlərin seçilməsi üçün müraciətlərə (CV-lərə) ilkin baxış keçirtmək, uyğun namizədlərlə müsahibələrdə iştirak etmək.
- Struktur bölmələr üzrə yeni işçilərə Cəmiyyətin adaptasiya (ilk iş günü) təqdimatının keçirilməsi;
- Performansın idarəedilməsi sisteminə uyğun olaraq Partnyoru olduğu struktur bölmələrin funksional və fərdi hədəflərinin toplanılması, düzgünlüyünün yoxlanılması;
- Partnyoru olduğu Struktur bölmələr üzrə iş analizlərinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
- Universitetlərlə əməkdaşlıq: tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsi və fəaliyyət planına uyğun olaraq tədbirlərin təşkilində iştirak etmək;
- Universitet və peşə təhsili mərkəzlərində "AzerGold"-un işəgötürən brendinin təbliğinin aparılması, təlimlərin keçirilməsi;
- İşdən çıxan işçilərlə son müsahibələrin (exit interview) aparılması üzrə lazımi tədbirlər görmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
- Dil və komputer bilikləri:Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst), Rus dili (arzuolunandır) . MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında, işləmə bacarığı
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təhsili: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə)
- İş təcrübəsi: biznes tərəfdaş kimi minimum 1 il, insan resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Qeyd: Namizəd ezamiyyətlərə açıq biri olmalıdır.