AzerGold CJSC
İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin Şəbəkə adminstratoru
Son tarix 09 may 2024 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaq;
- Korporativ şəbəkənin texniki təhlükəsizliyini və daim işlək vəziyyətdə olmasını təmin etmək;
- Şəbəkə üzrə proseslərinin təkmilləşdirilməsində iştirak, o cümlədən şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaq;
- Şəbəkə üzrə bütün mühüm dəyişiklərin sənədləşdirilməsi;
- Mövcud olan bütün şəbəkə avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri qısa müddət ərzində aradan qaldırmaq;
- Korporativ şəbəkə avadanlıqlarını quraşdırmaq və tənzimləmək, mövcud korporativ şəbəkə avadanlıqlarını idarə etmək;
- Korporativ şəbəkəyə giriş icazəsi təsdiq edilmiş qaydalara uyğun təmin etmək;
- Şəbəkə avadanlığlarının konfigurasiyaların backupların yaradılmasını fasiləsiz təmin etmək;
- Korporativ şəbəkə infrastrukturunun təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
- Şəbəkə avadanlığlarının lisenziyaların quraşdırılması, habelə lisenziyaların bitmə vaxtına nəzarət;
- Şəbəkə infrastrukturu üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi;
- Rəqəmsal telefon sistemlərinin administrasiyası və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- CCNA səviyyəsində həqiqi bilik
- NG Firewall, L2/L3 switch, router və s. şəbəkə avadanlıqları ilə təcrübə (Cisco/HP/Forti/PA)
- Corp. wireless systemləri üzrə təcrübə (UniFi/Cisco/Forti)
- Şəbəkə təhlükəsizliyi üzrə biliklər
- IP-PBX ilə təcrübə (3CX, Asterisk)
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri;
- Texniki səviyyədə İngilis və Rus dili bilikləri.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- İT sahəsində 5 il, şəbəkə administratoru kimi 2 il iş təcrübəsi .
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
İnsan resurslarının idarəolunması şöbəsinin baş mütəxəssisi
Son tarix 09 may 2024 Müraciət et
Əsas vəzifələri:
- Cəmiyyətin İnsan resurslarının idarəolunması üzrə strategiyasını əsas götürməklə kadr hazırlığı proseduruna uyğun müvafiq proseslərin icra edilməsində iştirak etmək (karyera planlaması, kritik pozisiyalara davamçıların yetişdirilməsi, liderlik inkişaf proqramı, daxili təlimçilərin yetişdirilməsi və s.) ;
- Səlahiyyətləri çərçivəsində kadr ehtiyatı sisteminin yaradılmasında iştirak etmək;
- Kadr ehtiyatı nəzərə alınmaqla, işçinin karyera inkişafı ilə bağlı təlimlərinin təşkilində iştirak etmək;
- Struktur bölmələr tərəfindən kadr hazırlığı ilə bağlı daxil olan sorğuları cavablandırılmasında iştirak etmək;
- Xəbər bülletenləri, intranet məzmunu, videolar və təqdimatlar daxil olmaqla daxili kommunikasiya məzmunlarının yaradılması;
- Motivasiya prosesinə uyğun müvafiq işlərin təşkilində və icra olunmasında iştirak etmək, ehtiyac olarsa yeniliklərlə bağlı təkliflər təqdim etmək;
- İşçilər arası məmnuniyyət sorğusunun təşkili və sorğunun nəticəsinə əsasən tədbirlər planının hazırlanması;
- Struktur bölmələrdən daxil olan sektorun səlahiyyətləri çərçivəsində yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil və komputer bilikləri:Azərbaycan dili (sərbəst), Yaxşı səviyyədə İngilis və Rus dili biliyi; MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında işləmə bacarığı tələb olunur
- Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təhsili: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə)
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.