AzerGold CJSC
Köməkçi / İdarə Heyətinin katibliyi
Son tarix 16 iyn 2025 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Rəhbərin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək;
- Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində öz səlahiyyətləri çərçivəsində iştirak etmək və onun işini əlaqələndirmək;
- Rəhbərin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsini təmin etmək;
- Rəhbəri tərəfindən aidiyyəti şöbələrə və mütəxəssislərə verilən tapşırıqların icrası barədə onu məlumatlandırmaq. Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq rəhbərinə hesabat və məlumatlar təqdim etmək;
- Rəhbərinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
- Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə Cəmiyyəti təmsil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı).
- Microsoft Office proqramları üzrə işləmək bacarığı;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə qabiliyyəti, daxili və xarici yazışmaları idarə etmək bacarığı olmalıdır;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil tələb olunur.
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.