AzerGold CJSC
Sektor müdiri
Son tarix 19 okt 2024 - Müraciət et
Sektor müdiri / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru
Müraciət et
- İş yeri: Bakı şəhəri
- İş növü: tam
- Vakansiya sayı: 1
- Son müraciət tarixi: 18.10.2024
- Yenilənmə tarixi: 03.10.2024
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların hazırlaması prosesin təşkili və nəzarəti.
- Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid sənədləşmə və prosedurların yazilması, habelə prosesin təşkili və nəzarəti.
- Cəmiyyətin elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə iştirak.
- Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası, habelə prosesin təşkili və nəzarəti.
- Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proceslərində əsas işin icrası, habelə prosesin təşkili və nəzarəti.
- Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
- Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətləri daxilində təkliflər vermək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur;
- High availability sistemləri ilə iş təcrübəsi;
- Windows Server 2012-2022 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində dərin biliklər;
- Linux Servers (Ubuntu, CentOS etc.) – üzrə administrator səviyyəsində biliklər;
- Hypervisor (ESXi, VCSA)– üzrə administrator səviyyəsində dərin biliklər;
- CCNA səviyyəsində praktiki və nəzəri biliklər;
- Monitoring alətləri üzrə təcrübə - Zabbix, ADAudit və s.;
- Backup sistemləri üzrə, ən azı biri ilə iş təcrübəsi - Veeam Backup & Replication/Nakivo və s.
- Mail serverləri ilə iş təcrübəsi – Exchange, Kerio və s.;
- PowerShell üzrə script yazma təçrübəsi;
- Corporate AV serverləri ilə təcrübə, ən azı biri ilə iş təcrübəsi - Kaspersky Endpoint Security, ESET Endpoint, Dr.Web Enterprise Security;
- Hardware səviyyəsində fiziki serverlərnən, ən azı biri ilə iş təcrübəsi - HPE ProLiant, Lenovo, DELL enterprise servers və s.
- Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə təcrübə;
- Corp. wireless systemləri üzrə təcrübə - UniFi, Cisco, Fortigate;
- Şəbəkə avadanlıqları ilə işləmə bacarığı;
- Şəbəkə təhlükəsizliyi üzrə biliklər;
- LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər;
- Şəbəkə avadanlıqlarının istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə;
- IP-PBX üzrə dərin biliklər
- Qeyd olunan sertifikatlardan əz azı biri: MCSA, MCP, RHCSA; VCP; CCNA
- Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
- İT sahəsində ən azı 5 il, onlardan sistem və ya şəbəkə inzibatçısı kimi ən azı 3 il
İş qrafiki:
- Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.