Azercosmos
Əsas vəsaitlər və mal-material uçotu üzrə mühasib
Son tarix 27 mar 2023 - [email protected]
Əsas funksiyalar:
- Əsas vəsaitlərin və mal-materialların uçotunun aparılması və müvafiq əməliyyatların mühasibatlıq proqramına işlənilməsi;
- Aylıq mal-material silgisinə nəzarət edilməsi və sənədlərin yoxlanılması;
- Əsas vəsaitlərin və mal-materialın inventarizasiyasında iştirak;
- Satınalma və bank əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərilməsi;
- Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən müxtəlif hesabatların hazırlanması;
- Maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditinin və digər yoxlamaların aparılmasında iştirak;
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq üzrə)
- Maliyyə və mühasibatlıq sahəsi üzrə azı 3 il iş təcrübəsi
Bilik və bacarıqlar:
- Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı (yüksək səviyyədə)
- ACCA “Diploma in Accounting and Business” (F1-F3) və ya ekvivalent sertifikatının olması
- Mühasibat və maliyyə sahəsində yerli normativ-hüquqi qanunvericilik aktları
- Vergi sahəsi üzrə biliklər (arzu olunandır)
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti
- Özünə inam və əminlik
- Yaxşı planlaşdırma bacarıqları
- Təşəbbüskarlıq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik
- Kompüter bilikləri:
- MS Office (Word, Excel, Outlook) (Excel – yüksək səviyyədə)
- “1C-Mühasibatlıq” proqramında işləmə bacarığı (yüksək səviyyədə)
- Dil bilikləri: Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
- İngilis dili (orta səviyyədə)
- Rus dili (arzu olunandır)
İş qrafiki:
- İş qrafiki : Tam iş günü (həftə arası 5 gün)
- İş saatları: 09:00-18:00
Bu meyarlara uyğun namizədlər CV-lərini “Mühasib vakansiyası” başlığı ilə göndərə bilərlər.