Azərbaycan Sənaye Bankı
Sistem inzibatçısı
Son tarix 30 iyn 2025 - Müraciət et
Tələblər:
- Ali təhsil;
- İT İnfrastukturun idarəedilməsində minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – Əla, ingilis dili bilikləri (texniki səviyyədə);
- Sərbəst araşdırma, qərarvermə və layihələrdə qrupla və ya tək çalışma qabiliyyətli;
- İT layihələrin idarəedilməsi və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Server, storage (SAN/NAS) və SAN Switch/Nexus şəbəkə avadanlıqlarının idarəedilməsi;
- WMware virtualizasiya (Vcenter/ Esxi/ vSAN/ VRS/ SRM) mühitinin idarəedilməsi;
- Active Directory/GPO/Mail Exchange/DNS/DHCP/Terminal Brocker/IIS və sair Windows funksiyalarının idarəedilməsində bilik və bacarıqlar;
- MS Windows və Linux serverlərinin idarəedilməsi;
- Replikasiya, Yedəkləmə, Disaster Recovery həlləri sahəsində bilik və təcrübə;
- Avtomatlaşdırma bacarıqları, PowerShell/Python dillərində avtomatlaşdırma.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Sistem inzibatçısı" qeyd etməyiniz xahiş olunur.
Əməliyyatlar üzrə kiçik mütəxəssis
Son tarix 30 iyn 2025 Müraciət et
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki) olmalı;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Məntiqi və analitik düşünmə tərzi;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
İş haqqında məlumat:
- Departamentin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
- İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
- Departamentdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət/riayət etmək;
- Departamentdə lazımi əmək şəraitinin yaradılması, təsərrüfat, inzibati və texniki dəstəyin təmin edilməsi barədə təkliflər vermək;
- Departament sənədlərinin mühafizəsini və arxivləşdirilməsi işini təşkil və nəzarət etmək;
- Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək;
- Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan lazımi məlumatların təqdim edilməsini təmin etmək;
- Departamentin əvəzetmə planına uyğun olaraq işdə olmayan əməkdaşların səlahiyyətlərini yerinə yetirmək
- Departamentin fasiləsiz iş rejimini təmin etmək məqsədilə işçilərin bir-birilərini əvəz etmələri üçün vəzifələrini keyfiyyətli şəkildə icra edəcək lazımi savada, bacarığa, peşə təcrübəsinə və yararlılığına malik kadr heyətini Bankın insan resursları siyasətinə uygun qaydada yetişdirmək;
- Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək.
- Departament müdiri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün bankın digər struktur bölmələrindən lazımi məlumatları və sənədləri tələb etmək;
- Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək və digər departamentlərin sorğularına subordinasiya qaydalarına riayət etməklə cavab vermək;
- Departamentin işinin təkmilləşdirilməsinə dair təkliflər vermək.
- Bank tərəfinndən istifadəsinə verilmiş proqram təminatı və alətləri iş prosesinə uyğunlaşdırmaq, qanunvericiliyin və günün tələbinə uyğun təkmilləşdirmək, şöbə/departament tərəfindən aktiv istifadəsini təmin etmək;
- İş yerində və prosesində istifadə edilən maddi-texniki vəsaitlərin saxlanılmasını və düzgün istifadəsini təmin etmək.
- Daxil olan məktubların vaxtında və lazımi qaydada cavablandırılmasını təmin etmək.
- Bank proqramı və digər proqramlarla əlaqədar özünə təsis edilən şifrənin gizlilik və təhlükəsizliyini təmin etmək
- Bank sistemində və müxtəlif proqramlarda istifadə edilən istifadəçi kodlarının düzgünlüyündən, gizliliyindən tam məsuliyyət daşımaq, reallaşdırılan əməliyyatların təhlükəsizliyini təmin etmək
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- İmişli rayonu.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına və ya Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatlar üzrə kiçik mütəxəssis” göstərməyiniz xahiş olunur.
Proqramçı (Full Stack)
Son tarix 30 iyn 2025 Müraciət et
Tələblər:
- Ali təhsil (Kompüter mühəndisliyi, proqramçılıq, tətbiqi riyaziyyat);
- Dil bilikləri: Azərbaycan – Əla. İngilis- Yaxşı.
- Proqramlaşdırma sahəsində minimum 3 il iş təcrübəsi;
- React təcrübesi olanlara ustunluk verilir;
- Object Oriented proqramlama texnikalarını istifadə edə bilməli, veb əsaslı tətbiqlərin inkişaf etdirilməsi sahəsində təcrübəli olmalı;
- .NET texnologiyaları və həlləri barəsində təcrübə və biliklər.
- MSSQL məlumat bazalarının strukturu üzrə məlumatlar, skriptlərin yazılması.
- APİ (REST/SOAP) yazılımı təcrübəsi.
- Design patternleri ve software arxitekturasi haqqinda melumatli olmasi.
Vəzifə öhdəlikləri:
- Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək və anlamaq;
- Müasir proqramlaşdırma dillərini və yeni texnologiyaları mənimsəmək;
- Yazılması lazım olan proqramın analiz edilməsi və verilənlər bazasının strukturunun hazırlanması;
- Tələb olunan proqram təminatının hansı proqram vasitələrindən və proqramlaşdırma dilindən istifadə edilərək hazırlanmasını müəyyən etmək və əsaslandırmaq;
- Tələb olunan yeni proqramların yazılması və ya mövcud proqramlarda modulların dəyişikliyinin edilməsi;
- Yeni yazılmış proqramların digər mövcud proqramlarla inteqrasiyasının yazılması;
- Proqramın ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi;
- Proqram təminatlarında optimallaşdırma işləri aparmaq, onlara müntəzəm texniki dəstək vermək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Proqramçı (Full Stack)" qeyd etməyiniz xahiş olunur.