Azərbaycan Sənaye Bankı
İnformasiya Texnologiyaları Departamentinin müdiri
Son tarix 29 noy 2024 - [email protected]
Tələblər:
- Təhsil: Ali təhsil (müvafiq sahə üzrə);
- Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
- İT İnfrastrukturunun strateji idarəçiliyi üzrə biliklər.
- İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri üzrə biliklər.
- Bankın İT İnfrastrukturunun xarici İT Resursları ilə qarşılıqlı əlaqəsini idarə etmək bacarığı
- Ən son texnologiya konsepsiyaları və tətbiqləri haqqında yüksək səviyyədə biliklər
- İT Layihələrinə rəhbərlik etmək və idarə etmək bacarığı.
- Virtuallaşma mühitləri(Vmware, Hyper-V, Nutanix) və texnologiyaları(Private Cloud, Cloud) üzrə yüksək səviyyədə bilik və iş təcrübəsi.
- Active Directory, DNS, DHCP, Group Policies, File Server, Exchange Server, Korporativ Antivirus sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;
- Enterprise şəbəkə cihazları və həlləri(802.1x, ISE, VPN, NGFW, VoIP ) üzrə bilik və iş təcrübəsi.
- Müxtəlif platformalı əməliyyat sistemlərinin(Windows, Linux, Unix, FreeBSD, MACos) iş prinsipləri üzrə biliklər.
İş haqqında məlumat:
- İT əməliyyatlarının qaydalar çərcivəsində aparılmasına və İT heyyətin işinə nəzarət edir;
- Bankın İT strategiyasını müəyyənləşdirir. İT lahiyələrin icrasına rəhbərlik edir;
- Bankın bütün İT infrastrukturunu, o cümlədən proqram və aparat vasitələrini, bütün növ rabitə vasitələrini, internet kanallarını və s. idarə edir;
- Biznes və texnologiya ehtiyaclarıni müəyyən edir və İT resurslarından səmərəli istifadəni təmin edir;
- İT Departamentin illik büdcəsini hazırlayir və idarə edir;
- İT Departamenti işçilərini istiqamətləndirir, təlimatlandırır və lazım gəldikdə təlimlər keçir;
- İT Departamentinin fəaliyyəti ilə bağlı hesabatlar hazırlayır.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnformasiya Texnologiyaları Departamentinin müdiri” qeyd etməyiniz xahiş olunur.