Azərbaycan Dəmir Yolları
Layihələrin idarə edilməsi üzrə böyük mütəxəssis
Son tarix 14 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə həyata keçirilən islahat və layihələrin icrasında iştirak etmək;
- Layihələrin idarəetmə metodologiyasının hazırlanmasını və təkmilləşdirilməsini həyata keçirmək;
- Təsdiq olunmuş və icra olunacaq işlərin layihələrin idarəetmə metodologiyasına əsasən həyata keçirilməsinə nəzarət etmək;
- Cəmiyyətdə islahat layihələrinin həyata keçirilməsi zamanı cəlb olunmuş mütəxəssislərin işinin əlaqələndirilməsini, onlara müvafiq dəstək göstərilməsini, onlardan (mütəxəssislərdən) məlumatların alınmasını təmin etmək və görülmüş işlər barədə hesabatlar hazırlamaq;
- İslahatlara və layihələrə əsasən Cəmiyyətin struktur vahidlərinin əsasnamələrində dəyişikliklərə rəy və təkliflər bildirmək;
- İslahat layihələrinin idarə olunması üzrə işçi qrupların formalaşmasınında iştirak etmək;
- Cəmiyyətdə layihələrin idarə olunması sahəsinin inkişaf edilməsi məqsədi ilə yeniliklərin tətbiq olunmasını araşdırmaq və təkliflər vermək;
- Layihə üzrə zəruri sənədləşdirmə işlərini aparmaq, o cümlədən layihələrin gedişatı haqqında rəhbərliyə mütəmadi şəkildə məlumat təqdim etmək;
- Rəhbərlik tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (idarəetmə, layihələrin idarə olunması sahələri üzrə ixtisaslara üstünlük verilir), magistr dərəcəsi arzuolunandır
- Layihələrin idarə olunması proseslərini;
- Metodiki, normativ sənədləri;
- Dəyişikliklərin idarə olunmasını;
- Layihə risklərinin müəyyənləşdirilməsini;
- Dövlət orqanlarında kargüzarlığın aparılması qaydalarını;
- Təqdimatların hazırlanmasını;
- Rəsmi sənədlərin hazırlanmasını;
- Araşdırmaların aparılmasını bilməlidir
Əmək şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləridir.
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı.
Vakansiyaya müraciət etmək istəyən namizədlər aşağıdaki linkə daxil olaraq müraciət edə bilərlər.
Korporativ idarəetmə üzrə böyük mütəxəssis
Son tarix 14 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Kollegial orqanlara (Müşahidə Şuraları, Məşvərət Şuraları, Komitələr və digər) təqdim edilən hüquqi sənədlərin tərtibi;
- Kollegial orqanlara təqdim edilən sənədlər üzrə hüquqi rəy bildirilməsi;
- Kollegial orqanlarda katiblik funksiyalarının icrası;
- Təşkilatda və törəmə müəssisələrdə korporativ idarəetmə üzrə həyata keçirilən layihələrdə əlaqələndirmə işlərinin təşkili və iştirakı;
- Təşkilatda və törəmə müəssisələrdə korporativ idarəetmə standartlarının tətbiqi üzrə təkliflərin hazırlanması;
Tələblər:
- Ali təhsil (Hüqüq, beynəlxalq hüquq, dövlət və bələdiyyə idarəetməsi)
- Azərbaycan dili əla, ingilis və rus dili yaxşı
- Azərbaycan dilinin orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Güclü kommunikasiya bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı.
Əmək şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləridir.
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı.
Vakansiyaya müraciət etmək istəyən namizədlər aşağıdaki linkə daxil olaraq müraciət edə bilərlər.