Azərbaycan Dəmir Yolları
Aparıcı biznes analitik
Son tarix 28 avq 2023 - [email protected]
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Azərbaycan və regiondan keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında məlumatlar;
- Region ölkələrinin dəmiryolları haqqında məlumat;
- Regiondakı Logistik Mərkəzlər, Limanlar, Hublar və.s barədə məlumatlar;
- Logistika sahəsində makroiqtisadi göstəricilər barədə məlumatlı olmaq;
- Layihələrin idarə edilməsi bacarığı ( Logistik layihələri);
- Logistika sahəsində əməliyyat və satış barədə biliklər;
- Araşdırma bacarığı;
- Analitik alətlərlə işləmə bacarığı;
- Böyük məlumat bazaları ilə işləmə bacarığı;
- Təqdimat və hesabatların hazırlanmasına dair biliklər;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Rus və ingilis dillərində araşdırma və yazı bacarığı tələb olunur.
Vəzifə öhdəlikləri:
- Məlumatların müntəzəm yenilənmə prosesinin icrası;
- Analitik hesabatların hazırlanması;
- Biznes problemlərə cavab verə bilən senaryo planlamaları, vizual hesabatların və modellərin hazırlanması;
- Region ölkələrinin logistik bazarları haqqda məlumat mənbələrindən istifadə etməklə araşdırmaların aparılması
- Logistik məhsulların bazar araşdırmasını etmək
- Dəmiryolları ilə daşınan top yüklərin qiymət araşdırmalarının aparılması
Əmək şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləri;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı;
- Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
Uyğun namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
QEYD: CV göndərilərkən müraciət edilən vakansiyaya uyğun başlıq mütləq qeyd olunmalıdır.
Data analitik
Son tarix 28 avq 2023 - [email protected]
Namizədə qarşı tələblər:
- Ali təhsil (İqtisadiyyat, Riyaziyyat,Komputer elmləri, Maliyyə);
- İş təcrübəsi:Data analitika, Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Region ölkələrinin dəmiryolları haqqında məlumat;
- Logistika sahəsində makroiqtisadi göstəricilər barədə məlumatlı olmaq;
- Araşdırma bacarığı;
- Analitik alətlərlə işləmə bacarığı;
- Microsoft Office Programları, R/Python və Power BI-da işləmə bacarığı;
- Böyük məlumat bazaları ilə işləmə bacarığı;
- Təqdimat və hesabatların hazırlanmasına dair biliklər;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Datanın emalı və strukturlaşdırılması;
- Məlumatların müntəzəm yenilənmə prosesinin icrası;
- Statistik və analitik hesabatların hazırlanması;
- Biznes problemlərə cavab verə bilən senaryo planlamaları, vizual hesabatların və modellərin hazırlanması;
- Maşın öyrənməsi alqoritmləri ilə proqnozlaşdırma modellərinin hazırlanması.