Azərbaycan Dəmir Yolları
Sürət qatar bələdçisi
Son tarix 09 avq 2023 Müraciət et
İşin təsviri:
- Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
- Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
- Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
- Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
- Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
- Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
- Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
- Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
- Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi;
Tələblər:
- Orta təhsil ;
- İngilis dili – yaxşı, rus dili – yaxşı ;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, müştəriyönümlülük kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
- Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər;
- Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər;
- Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər;
- Sərnişin qatarlarının xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər; Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər;
- İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər
Əmək şəraiti:
- İş qrafiki – növbəli;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük.
Müraciət etmə qaydaları:
- Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 08.08.2023 ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)
- Qeyd: Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçilik edən, yolda uzun müddət xidmət edə bilən xanım namizədlərə üstünlük veriləcəkdir.
1C Enterprise Administrator
Son tarix 11 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- 1C Müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirilməsi;
- Təşkilatda Əmək haqqı sisteminin 1C 8.3 üzərindən qurulmasını təmin etmək;
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün aidiyyəti strukturlarla ilə görüş və analitik müsahibələrin həyata keçirməsi;
- Sistemin proqramlaşdırma mərhələsində sistem tələbləri və texniki tapşırıq sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Texniki tapşırıq sənədinin hər bir sprinti üzrə testlərin edilməsi;
- Sistemin tətbiqi mərhələsində istifadəçilərə hər bir modul üzrə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi;
- Proqram təminatından əmək haqqı ilə bağlı tələb olunan məlumat baza hesabatlarının çəkilməsi və hazırlaması;
- Proqram istifadəçiyə təhvil verildikdən sonra zəruri hallarda istifadəçilərə konsultasiya xidmətinin göstərilməsi.
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və maliyyə üzrə)
- “1C 8.3 Enterprise” platformasına əsaslanan sistemin inkişafı layihələri üzrə təcrübəyə malik olmaq;
- 1C 8.3-də administrativ olaraq ən azı 3 il iş təcrübəsinin olması;
- 1C 8.3-də Əmək haqqı sisteminin tətbiqinin iş axışı üzrə anlayışlı olmaq;
- Mövcud sistemlərə dəstək və texniki xidmət üzrə təcrübəyə malik olmaq;
- Riyazi analitik düşüncəyə malik olmaq;
- 1C kompleks avtomatlaşdırma konfiqurasiyasını praktik olaraq bilmək;
- Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dilini yaxşı səviyyədə bilmək;
- İstehsal və ticarət şirkətlərində əməliyyat, idarəetmə və mühasibat uçotu üzrə əsas biliklərin olması üstünlükdür;
- Komanda ilə işləyə bilmək.
Əmək şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləridir.
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı.
Vakansiya tələblərinə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 10.08.2023