Azərbaycan Dəmir Yolları
Şəxsi köməkçi
Son tarix 02 mar 2023 - [email protected]
İşin təsviri:
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
- Strukturun fəaliyyətinə aid sənədlərə baxılması və onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
- Rəhbərlk tərəfindən verilmiş tapşırıq əsasında təqdimatların hazırlanması;
- Daxili şöbələrlə əlaqə qurmaq, zənglərin cavablandırılması və işgüzar səyahətlərin təşkil edilməsi;
- Rəhbərlik adından daxili və xarici yazışmaların idarə edilməsi;
- İclas və görüşlərin təşkili, iştirakçılara vaxt, yer və mövzu barədə məlumat verilməsi, habelə görüşlərin protokollarının tərtib edilməsi;
- Zəruri hallarda rəhbərliyin iş görüşləri və yazışmalarını Azərbaycan dilindən rus/ingilis dilinə və əksinə tərcümə edilməsi;
- Məlumatların məxfiliyinin qorunması.
Namizəd üçün tələblər:
- Ali təhsil;
- Sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan, İngilis, Rus dillərində səlis danışıq/yazı bacarığı;
- MS Word, Excel, PowerPoint, Outlook və s. ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- Mükəmməl ünsiyyət bacarığı;
- Zamanın səmərəli və effektiv idarəedilməsi;
- Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
- Nəzakətli və diplomatik ünsiyyətə sahib olması.
İş qrafiki: Həftəiçi 09:00-18:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən CV formalarını mail ünvanına “Şəxsi köməkçi” başlığı ilə göndərmələri xahiş olunur.
- Qeyd: Yalnız tələblərə cavab verən namizədlərə geri dönüş ediləcəkdir.