Azərbaycan Dəmir Yolları
İnsan resursları üzrə mütəxəssis (Şirvan)
Son tarix 07 fev 2023 - Müraciət et
İşin təsviri:
- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
 - Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
 - İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının "Elektron hökumət" portalında işlənilməsi;
 - Əmək haqqının hesablanması üzrə işlərin icra edilməsi;
 - İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icra edilməsi;
 - Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
 - Bölmənin gündəlik fəaliyyəti ilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
 
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, mühəndislik, psixologiya sahələri üzrə ali təhsil üstünlükdür);
 - Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
 - MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
 - Azərbaycan Respublikasının əmək qanunvericiliyinə dair biliklər;
 - Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
 - Kadr işinin təşkili, sənədləşmə və hesabatların tərtib edilməsinə dair biliklər;
 - İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.
 
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur. Son müraciət tarixi: 06.02.2023


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







