Azərbaycan Dəmir Yolları
İnstitusional islahatların idarə edilməsi üzrə aparıcı mütəxəssis
Son tarix 13 sen 2022 - Müraciət et
İşin təsviri:
- Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
- Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi; Layihə üzrə zəruri sənədləşmə işlərinin təşkil edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə ADY-nin təmsil edilməsi və onların işində iştirak edilməsi;
- Təqdimatların hazırlanması.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- İdarəetmə, lahiyələrin idarə olunması üzrə bakalavr təhsil;
- Layihələrin idarə olunması prosesləri üzrə biliklər;
- PMP/PMI-ACP sertifikatları və magistr təhsili arzuolunandır;
- Microsoft Office proqramlarında yaxşı işləmə bacarıqları;
- Rus dili üzrə yaxşı,azərbaycan və ingilis dilləri üzrə əla səviyyədə bilik;
- Yüksək motivasiya, keyfiyyətyönümlülük;
- Diqqətlilik və məsuliyyətlilik;
- Problem həlletmə və yüksək analitik düşüncə;
- Təşəbbüskarlıq və komanda işi;
- Uyğun sahələrdə minimum 2 illik peşəkar təcrübə.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.