Azərbaycan Dəmir Yolları
Satınalma üzrə aparıcı mütəxəssis
Son tarix 14 yan 2024 Müraciət et
İşin təsviri:
- Təşkilatın kəmiyyət və keyfiyyət gözləntilərinə cavab verən mal və ya xidmətlərin satınalınması;
- Biznesin satınalma ehtiyaclarının təhlili və konsolidasiyası;
- Müxtəlif satınalma metodlarını tətbiq etməklə bazar araşdırmalarının aparılması;
- Ən aşağı TCO-ya (Sahibliyin ümumi dəyəri) malik potensial təchizatçıların müəyyən edilməsi;
- Təchizatçının ilkin kvalifikasiyasının aparılması;
- Təchizatçılarla müqavilə şərtlərinin razılaşdırılması;
- Alınan qiymət təkliflərinin və digər şərtlərin təhlili;
- Müqavilə cədvəllərinin hazırlanması;
- Müəyyən satınalma metodlarının cəlb edildiyi sənədləşmələrin aparılması;
- Satınalma kateqoriyasının xüsusiyyətlərinə uyğun olaraq satınalma strategiyasının təhlili və işlənib hazırlanması;
- Rəhbərliyin verdiyi digər tapşırıqlar.
Tələblər:
- Ali təhsil ;
- İngilis dili – sərbəst, rus dili – sərbəst ;
- MS Office –sərbəst;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
- Dövlət satınalmaları haqqında qanun;
- İncoterms şərtləri üzrə biliklər.
Əmək şəraiti:
- İş qrafiki – 5 günlük 09:00-18:00;
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük
Müraciət etmə qaydaları:
- Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 13.01.2024 ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)
Referent (Ələt qəsəbəsi)
Son tarix 09 yan 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Müəsisə rəhbərinin işinin təmin edilməsi və ona xidmət göstərilməsi üzrə texniki funksiyaları yerinə yetirmək;
- Rəhbərin telefon danışıqlarını təşkil etmək, telefon xəbərlərini qəbul etmək;
- Rəhbərin keçirdiyi iclas və müşavirələrin hazırlanması üzrə işi (lazımi materialların toplanması, iştirakçıların vaxt, yer və gündəlik barədə xəbərdar edilməsi) həyata keçirmək, protokollar tərtib edib rəsmiləşdirmək;
- Rəhbərin iş yerini dəftərxana ləvazimatları, təşkilati texnika vasitələri ilə təmin etmək;
- Kargüzarlığı aparmaq, daxil olan məlumatları qəbul etmək, qəbul edilmiş qaydaya müvafiq olaraq onun sistemləşdirilməsini həyata keçirmək;
- Rəhbərin imza etməsi üçün verilən sənədləri və işçilərin şəxsi ərizələrini qəbul etmək
Tələblər:
- Təhsil: Orta ixtisas dərəcəsi;
- Kompüter bilikləri: MS Office proqramlarını yaxşı bilmək;
- Sənədləşmənin təşkili bacarıqları
Tələb olunan funksional keyfiyyət meyarları:
- Yüksək kommunikabellik;
- Vaxtı səmərəli idarə etmək bacarığı
Müraciət etmə qaydaları:
Vakansiya tələblərinə uyğun namizədlər 08.01.2024-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.