Azərbaycan Dəmir Yolları
Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis
Son tarix 29 noy 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması üzrə işləri icra etmək;
- ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizləri keçirmək, onların kvalifikasiya, habelə kompetensiya tələblərini işləmək, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılması və vəzifə təlimatlarının hazırlanması işlərini həyata keçirmək;
- Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;
- Təşkilati strukturunun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Xarici dil: İngilis dili – yaxşı, Rus dili – yaxşı;
- Kompüter bilikləri: MS Office (yaxşı);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
- İnsan resurslarına aid olan normativ, metodik və digər materiallar üzrə biliklər;
- İş yükü analizi, vəzifə təlimatlarının hazırlanması və təşkilati strukturlarla işləmək təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Tələb olunan funksional keyfiyyət meyarları:
- Dəyişikliklərə uyğunlaşma;
- Məlumat əldə etmə;
- Diqqətlilik.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 28.11.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.