Azərbaycan Dəmir Yolları
Normativ-texniki sənədlər üzrə aparıcı mühəndis
Son tarix 21 okt 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Hərəkətin təhlükəsizliyi departamentinə aid normativ texniki sənədlərin hazırlanması və sistemləşdirilməsi;
- Hərəkətin təhlükəsizliyi departamentinə aid normativ texniki sənədlərdə boşluqların aşkar edilməsi dəyişikliklərin edilməsi;
- Hərəkətin təhlükəsizliyi departamentinə aid hazırlanmış normativ texniki sənədlərin razılaşdırılması;
- Hərəkətin təhlükəsizliyi departamentinə rəy və təkliflər üçün göndərilmiş normariv texniki sənədlərə baxılması və müzakirələrin təşkil edilməsi.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- İngilis dili – Orta, Rus dili – Yaxşı;
- MS Office – Yaxşı;
- Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamları üzrə biliklər;
- İdarəetmənin, əmək qanunvericiliyinin əsasları üzrə biliklər;
- Namizədlərin dəmir yolu sahəsi üzrə təhsili olması arzuolunandır.
Müraciət etmə qaydaları:
Vakansiya tələblərinə uyğun namizədlər 20.10.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
İşə qəbul üzrə aparıcı mütəxəssis
Son tarix 16 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Bütün xətti rəhbərlər və komanda üzvləri ilə uğurlu nəticələrin əldə edilməsi məqsədilə münasibətlərin qurulması və işə qəbul prosesləri ilə bağlı tövsiyələrin verilməsi;
- İşə qəbul proseslərinin bütün mərhələlərinin sürət və keyfiyyət məqamları təmin edilməklə icra edilməsi;
- CV-lərin və işə qəbul mürəciətlərin nəzərdən keçirilməsi;
- Vakansiyalar üzrə elanların ADY-nın karyera səhifəsində, sosial mediada və daxili/xarici iş elanları platformalarında yerləşdirilməsi;
- Namizədlərin işçi tələb formasına əsasən müəyyənləşdirilmiş seçim kriteriyalarına görə dəyərləndirilməsi və qısa siyahının formalaşdırılması;
- Seçilmiş namizədlərin siyahısının xətt rəhbərlərinə təqdim edilməsi;
- İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi;
- Namizədlərin işə qəbul proseslərinin bütün mərhələləri və nəticələri barədə vaxtında və təsdiqlənmiş məlumatlandırma nümunələri əsasında cavablandırılması;
- İşə qəbul prosesləri ilə bağlı hesabatlılığın aparılması və namizəd hovuzunun idarə edilməsi.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi və Psixologiya üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
- Xarici dil: İngilis dili və Rus dili - sərbəst;
- Kompüter bilikləri: MS Office (Word, Excel, Visio-sərbəst);
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklərə sahib olmalı;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimatlardan anlayışlı olmalı;
- Magistr təhsilinə və İnsan resursları sahəsində beynəlxalq sertifilatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir.
- Tələb olunan funksional keyfiyyət meyarları:
- Problem həlletmə;
- Kommunikabellilik;
- Təşəbbüskarlıq.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 15.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.