Azərbaycan Dəmir Yolları
Şöbə rəisi (Planlaşdırma və icraya nəzarət şöbəsi)
Son tarix 02 sen 2024 - Müraciət et
Təsvi
- Sərnişin daşımaları üzrə xidmətlərin göstərilməsini, o cümlədən sərnişinlərin, poçtun, baqajın və yük-baqajın daşınmasını təşkil etmək, göstərilən xidmətlər üzrə tələbləri və standartları formalaşdırmaq;
- Sərnişin daşımaları üzrə göstərilən xidmətlərinin tariflərinin, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflər vermək, həmin tarif siyasətinin formalaşdırılması ilə bağlı təkliflər vermək və təsdiq edilmiş tariflər üzrə sərnişin daşımaları fəaliyyətini həyata keçirmək;
- Beynəlxalq sərnişin qatarlarının təyin olunması və ya ləğvi, onların marşrutu, hərəkət qrafiki barədə ADY-nin üzv olduğu bütün təşkilat, komitə və digər qurumlara təkliflər vermək və birgə işləməsində iştirak etmək; Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının, eləcə də şəhərətrafı qatarların hərəkət qrafikinin tərtib edilməsi, onların təyini və ya ləğv olunması, yeni marşrutların açılması barədə təkliflər vermək, həmçinin qatarların sxemlərinin tərtib edilməsini və bu işlərin tətbiqini həyata keçirmək;
- Müvafiq tapşırıq əsasında ADY-nin üzv olduğu beynəlxalq təşkilatların iclasları üçün ölkədaxili və beynəlxalq sərnişin daşımalarına dair təkliflər hazırlamaq, qarşıya qoyulan tapşırıqların icrasını təmin etmək və tətbiqi ilə bağlı təkliflər vermək;
- Sərnişin qatarlarının hərəkət qrafikindən çıxma hallarını təhlil etmək və bu halların qarşısının alınması məqsədilə müvafiq tədbirləri görmək;
- Müvafiq dəmiryol infrastruktur obyektlərində əlavə və yardımçı xidmətlərin təşkili ilə bağlı təkliflər vermək və xidmətlərin həyata keçirilməsi ilə bağlı müvafiq şərait yaratmaq;
- Müvafiq dəmiryol infrastruktur obyektlərinin fəaliyyətinin yüksəldilməsi istiqamətində səlahiyyətləri daxilində tədbirlər görmək və təkliflər vermək;
- Sərnişin daşınması üçün gediş sənədinin (bilet) satışını, o cümlədən elektron qaydada rəsmiləşdirilməsini və gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsini təşkil etmək və bu sahədə işləri təkmilləşdirmək; Sərnişin daşımalarının uçotunu və hesabatını aparmaq;
- Sərnişin daşımaları sahəsində sürətli və yüksək sürətli dəmiryol şəbəkəsinin qurulmasına, dəmiryol nəqliyyatının və əlaqəli xidmətlərin inkişafına dair təkliflər hazırlamaq.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il;
- Xarici dil: İngilis/Rus dili - orta;
- MS Office - yaxşı;
- Analitik düşüncə;
- Problem həlletmə;
- Diqqətlilik;