Azərbaycan Dəmir Yolları
Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis (İnsan Resursları Departamenti)
Son tarix 08 mar 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması üzrə işləri icra etmək;
- ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizləri keçirmək, onların kvalifikasiya, habelə kompetensiya tələblərini işləmək, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılması və vəzifə təlimatlarının hazırlanması işlərini həyata keçirmək;
- Vəzifələr (peşələr) üçün əməyin ödənilməsi üzrə dərəcələndirmə və mükafatlandırma sisteminin qurulmasında iştirak etmək;
- Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;
- Təşkilati strukturunun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi ilə bağlı biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi ilə bağlı biliklər;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
- İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar üzrə biliklər;
- Nəticəyönümlülük;
- Dəyişikliklərə uyğunlaşma;
- Diqqətlilik və dəqiqlik.
Əlavə məlumatlar:
- İş qrafiki – 5 günlük 09:00-18:00;
- Müsbət və səmərəli iş mühiti;
- Yemək xərclərinin qarşılanması.
Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına 07 Mart 2024-cü il tarixinə kimi göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlər ilə əlaqə saxlanacaqdır.