Azerbaijan United Carriers
Baş mühasib
Son tarix 22 may 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
- Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
- Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
- 1C (8.3 ERP) proqramını yüksək səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- MMİS-də günün açılması / gün sonunda bağlanması və balansın təmin olunması;
- Ezamiyyət əmrlərin təsdiqlənməsi;
- Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət;
- Vergi portalında şəxsi vərəqəyə nəzarət;
- Əməkhaqqı və işçilərə digər ödənişlərin icrasına nəzarət;
- Debitor və kreditor hesablarına nəzarət;
- İşçilərin vəzifə öhdəliklərinin icrasına nəzarət;
- Müştərilər, təchizatçılar və sığorta ilə üzləşmələrə nəzarət;
- Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət;
- İnventarizasiyanın aparılmasına nəzarət;
- Mənfəət vergi bəyannaməsinin hazırlanması;
- Statistika hesabatlarının hazırlanması;
- Mərkəzi bankdan gələn sorğuların cavablandırılması və Mərkəzi bankın tələbi olan hesabatların hazırlanması;
- Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması;
- Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması;
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
- Şöbə əməkdaşlarının iş hədəflərinin müəyyən edilməsi və əməkdaşların iş bölgüsünün aparılmasında şöbə rəhbərinə dəstəyin göstərilməsi;
- Uyğun şərtlərlə banklardan maliyyələşmənin cəlb olunması;
- Tenderlərdə iştirak üçün sənədlərin hazırlanması;
- Bank zəmanətlərinin alınması;
- Şirkətin əsas vəsaitlərinin inventarizasiyasının planlanması, həyata keçirilməsi və Ofis menecer tərəfindən yoxlanılmasına nəzarət edilməsi;
- Aylıq agent hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 3400 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ;
- Servis xidməti mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.