Azerbaijan Poultry Company
Büdcə və hesabatlıq şöbəsinin müdiri
Son tarix 01 iyl 2024 - [email protected]
Vakansiya haqqında məlumat:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının, illik MHBS (IFRS) hesabatların və tələb olunan digər hesabatların hazırlanması və təqdim edilməsi
- Şirkətin illik büdcə planın hazırlanması, aylıq büdcə və faktiki hesablatlatın müqayisəli təhlili və büdcə proqnozlarının icrasına nəzarəti;
- Gündəlik mühasibat əməliyyatların düzgünlüyü və dəqiqliyinə nəzarət;
- Kassa və bank əməliyyatları uçotunun qaydalara əsasən təşkili və icrasına nəzarət etməsi;
- Aylıq bonus (KPİ) sisteminə bağlı işçilərin əmək haqqı hesablanması;
- 1C əməliyyatlarının optimallaşdırılması və ay bağlanma prosesinə nəzarət;
- Şöbələrə daxil olan sorğularının vaxtında cavablandırılmasına nəzarət;
Tələblər:
- Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır);
- Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
- Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
- Azərbaycan dilində səlis danışıq və yazı; (rus və ingilis dillərini bilməsi üstünlükdür)
- MS Excel və 1 C ERP proqramların sərbəst istifadəsi;
- Güclü təşkilatçılıq və yüksək təqdimat bacarığı;
- Komanda idarəetmə təcrübəsi;
- Çeviklik və uyğunlaşma bacarığı;
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.
İş şəraitinin şərtləri:
- İş qrafiki : 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü)
- Ə/h – müsahibə əsasında
Müraciət üçün son tarix: 30.06.2024
CV-nizi başlıqda " Büdcə və hesabatlıq şöbəsinin müdiri " qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.