Azerbaijan International Mining Company
İctimaiyyətlə Əlaqələr üzrə Supervayzer
Son tarix 12 fev 2024 - [email protected]
İş yeri: Gədəbəy şəhəri, Azərbaycan
İş qrafiki: 22 iş günü və 9 istirahət günü
İctimaiyyətlə Əlaqələr üzrə Supervayzer (bundan sonra İƏS) əsasən Azərbaycan Beynəlxalq Mədən Şirkətinin Gədəbəy rayonunda fəaliyyət göstərən təsisatları ilə rayonun yerli dövlət qurumları və rayon ictimaiyyətilə əlaqələri idarə edir və Şirkətin baş ofisi ilə müvafiq sahədə münasibətləri əlaqələndirir. İƏS zavodun fəaliyyəti ilə bağlı ictimai sorğuları idarə edir, dinləyir, qeydiyyatını aparır, cavablandırır və Şirkətin baş ofisi ilə razılaşdırmaqla müvafiq qərarlar qəbul edir. İƏS həmçinin Şirkətin rayonda fəaliyyət göstərən İctimaiyyətlə əlaqələr üzrə komandasına rəhbərlik edir, Şirkətin Dövlət qurumları və ictimaiyyətlə əlaqələr üzrə menecerinə (bundan sonra DQİƏM) hesabat verir və xüsusi hal istisna olmaqla Şirkət rəhbərliyinin tapşırıqlarını DQİƏM vasitəsilə alır və digər daxili və xarici maraqlı tərəflərlə əməkdaşlıq edir.
Vəzifələr:
- Şirkətin vizyonu, missiyası və dəyərlərinə uyğun olaraq icmalarla münasibətlərin yaxşılaşdırılması və müsbət əlaqələrin qurulması üçün Şirkətin Kommunikasiya Siyasətində yaxından iştirak etmək və bu siyasəti bölgədə həyata keçirmək.
- İcmalar üçün mal və ya xidmətlərin natura şəklində ianə edilməsi tədbirlərinin illik planını hazırlamaq və icra etmək, bayram şənlikləri kimi icma tədbirlərinin təşkilinə kömək etmək.
- İcmalara yardım proqramlarının və bölgədə həyata keçiriləcək müxtəlif sosial layihələrin idarə olunmasında yaxından iştirak etmək və müvafiq təkliflər vermək.
- Şirkətin ətraf mühit, insan hüquqları və ya sosial ədalət kimi mühüm məsələlər barədə humanist siyasəti haqqında ictimaiyyəti maarifləndirmək.
- Tabeliyində olan komandaya nəzarət etmək, onlara mentorluq etmək və onların işinin keyfiyyətini və ardıcıllığını təmin etmək
- Tabeliyində olan komanda vasitəsilə şifahi və yazılı vətəndaş müraciətlərini dinləmək, qeydiyyata almaq, müraciətlərə rəsmi, yazılı və şifahi reaksiyalar vermək, o cümlədən digər sorğuları vaxtında və peşəkar şəkildə cavablandırmaq (Baş ofislə razılaşdırdıqdan sonra).
- Rayondakı yerli dövlət qurumları və rayon ictimaiyyəti, o cümlədən media nümayəndələri ilə müsbət əlaqələr qurmaq və bu münasibətləri qorumaq
- Şirkət və onun fəaliyyəti və məhsulları/xidmətləri haqqında məlumatların ictimaiyyət tərəfindən qəbul edilməsini izləmək və təhlil etmək
- Rayon ictimaiyyəti və kənd sakinləri ilə bağlı problemləri və imkanları müəyyənləşdirmək və aradan qaldırmaq
- İctimai əlaqələr sahəsində ən son tendensiyaları, ən yaxşı təcrübələri və yenilikləri öyrənmək
Tələblər:
- Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarıqları (İngilis dilini bilmək müəyyən üstünlüklər qazandırır)
- Güclü liderlik, idarəetmə və təşkilatçılıq bacarıqları
- Yaradıcı, strateji və analitik düşünmə bacarıqları
- Təzyiq altında problemsiz işləmək, həssas məsələləri idarə etmək və müxtəlif maraqlı tərəfləri, xüsusilə ictimaiyyəti inandırmaq bacarığı
- Mədən sənayesi və onun qaydaları, standartları və çətinlikləri haqqında ümumi biliklər
- Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı.
İmtiyazlar:
- Yemək xərcləri
- Nəqliyyat xərcləri
- Yaşayış yeri
- Aylıq telefon istifadəsi
- Tibbi sığorta
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını e-mail ünvanına göndərəsiniz.
Müraciətin son tarixi: 12 fevral 2024-cü ildir.