Azerbaijan Flowers Company
Hr Generalist
Son tarix 17 noy 2024 - [email protected]
Aylıq məvacib: 1000 AZN (net)
İş yeri: Qala-Türkan yolu ərazisində yerləşir
İş barədə məlumat
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron
- Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması
- Məzuniyyət qrafiklərinin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması
- İşçilərin icbari sığortasının həyata keçirilməsi
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması
- İşçilərin davamiyyət uçotunun aparılması
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
- İnsan resursları bölməsinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi
Namizədə tələblər
- 2-3 illik iş təcrübəsi
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı
- Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində yazılı və şifahi ünsiyyət qabiliyyəti
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı
- MS Office proqramlarında sərbəst istifadə bacarığı
- Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti
- İR bölməsinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər
- İllik hədəflərin və mükafatlandırma sisteminin təyini və idarə olunması ilə bağlı iş təcrübəsinin olması
Əlavə olaraq qeyd edək ki, Şirkət:
- Servis daşıma xidməti ilə təmin edir
CV-ni [email protected] yollaya bilərsiniz