Azerbaijan Fish Farm
Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis
Son tarix 07 noy 2025 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarının və konsolidə edilmiş hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanılması;
- Maliyyə əməliyyatları və maliyyə hesabatlarının keyfiyyətinə nəzarəti təmin etmək;
- Ay sonu və ilin sonuna bağlanma prosesinə dəstək olmaq;
- Daxili nəzarəti saxlamaq və gücləndirmək üçün biznes prosesləri və uçot siyasətini hazırlamaq və sənədləşdirmək;
- Şirkətin illik büdcəsini hazırlamaq və ona nəzarət etmək;
- Büdcələrin uyğunluğunu və aylıq kənarlaşma təhlilini yoxlamaq;
- Maliyyə hesabatlarını və hesabatların nəzərdən keçirilməsi/auditi zamanı kənar audit əməliyyatlarını əlaqələndirmək;
- Xərc və müqayisəli təhlilləri aparmaq;
- Şirkətin bütövlükdə və ayrı-ayrı struktur bölmələri və xərclərin idarəedilməsi üzrə əməliyyatların gəlirliliyinin/səmərəliliyinin minimuma endirilməsi məqsədilə strateji və cari təhlili təmin etmək;
- Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək;
- Kənar və daxili auditorlarla sıx əməkdaşlıq göstərilməsi;
- İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılmasının, büdcədən kənarlaşmalar üzrə hesabatın hazırlanıb, təqdim edilməsinə nəzarət edilməsi;
- Xərclərin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;
- Sifarişlərin büdcəyə uyğunluğunun yoxlanılması;
- Hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə digər işlərin yerinə yetirilməsi.
Namizədə Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq uçotu və Biznesin idarəedilməsi üzrə bakalavr təhsili);
- Minimum 3-5 il müvafiq sahə üzrə təcrübə;
- ACCA, F7 sertifikatları mütləqdir;
- Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri, güclü təşkilati bacarıqlar;
- Komandada işləmə bacarığı, detallara dəqiqlik və yaxşı problem həll etmə bacarığı, idarəetmə bacarıqları, əməliyyat çevikliyi, yüksək ünsiyyət bacarığı, nəticəyönümlü, məsuliyyətli, cavabdeh
- MS office proqramlarını, 1C yüksək səviyyədə bilməli;
- Azərbaycan və ingilis dili səlis, rus dili arzuolunandır;
- Kənd təsərrüfatı və ya istehsalat yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.