Azerbaijan Coca - Cola Bottlers
Operator (Qaynaqçı), Azərbaycan
Son tarix 25 dek 2025 - [email protected]
Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Operator (Qaynaqçı) axtarırıq.
İş yeri: Bakı
Vəzifə təlimatları:
- Yüksək keyfiyyətli məhsul istehsalına cavabdehdir.
- Səmərəliliyi artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdehdir.
- Təchizatın texniki istismar qaydalarına uyğun şəkildə işləməsinə nəzarət və hər hansı bir uyğunsuzluq ortaya çıxdıqda bu haqda lazımı əməkdaşları məlumatlandırmaq.
- Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texniki qrupun tərkibində iştirak etmək və avadanlıqlarda müvafiq yoxlamaları aparmaq.
- İstehsalatın davamlılığı və məhsuldarlığını təmin etmək üçün maşın, proses, keyfiyyətə zəmanət, iş sağlamlığı və təhlükəsizliyinə uyğun işləmək, təlimatları oxuyub başa düşmək.
- Şirkətdə ehtiyac olduğu zaman qaz ve elektrik qaynaqlarını etməyə cavabdehdir.
- Şirkətdəki bütün təmir işlərini etməyə cavabdehdir.
- Su və kanalizasiya xətlərindəki problemləri aradan götürmək.
- Qaynaq işlərini düzgün həyata keçirmək bacarığına malik olmaq.
- Qaynaq və kəsmə işlərində ümumi təhlükəsizlik proseduralarına riayət etmək.
- Müxtəlif üsullardan istifadə etməklə, qaynaq işlərini yoxlamaq.
- Əl alətləri və mexaniki avadanlıqların düzgün və təhlükəsiz istifadəsini həyata keçirmək.
Tələblər:
- İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
- Texniki ixtisas üzrə bakalavr təhsili
- Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
- Komandada işləmə bacarığı
Namizədlər vakansiyanın adını qeyd etməklə CV`ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərə bilərlər.










