Azerbaijan Airlines
Lənkəran BHL-da Aviasiya təhlükəsizlik xidməti/Xidmət Rəisi
Son tarix 04 mar 2026 - Müraciət et
Təsvir
- Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Aviasiya Təhlükəsizlik Xidmətinə rəhbərlik etmək, xidmətə həvalə olunmuş vəzifə və funksiyaların vaxtında və normativ-hüquqi aktların tələblərinə uyğun icrasını təşkil etmək;
- Xidmət daxilində baxış, buraxılış, buraxılışa nəzarət, mühafizə, videomüşahidə və kinoloji istiqamətlər üzrə struktur bölmələrin fəaliyyətini planlaşdırmaq, əlaqələndirmək və icrasına nəzarət etmək;
- Aviasiya təhlükəsizliyi sahəsində mövcud riskləri qiymətləndirmək, yaranan situasiyalar üzrə operativ qərarlar qəbul etmək və zəruri hallarda aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək;
- Xidmətin fəaliyyəti üzrə dövri hesabatların hazırlanmasını təmin etmək və Baş İdarə direktoruna təqdim etmək;
- Tabeliyində olan əməkdaşların vəzifə öhdəliklərini, daxili prosedur və normativ sənədlərin tələblərinə uyğun şəkildə yerinə yetirmələrinə nəzarət etmək və icra intizamını təmin etmək.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi), vəzifə üzrə müvafiq ixtisaslaşma üstünlük hesab olunur;
- Rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dilində səlist şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlük hesab olunur; rus dili biliyi arzuolunandır;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, danışıqlar aparma və təqdimat bacarıqları;
- Qərarvermə, problem həll etmə və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək, idarəetmə və effektiv koordinasiya bacarığı;
- Strateji düşünmə, dəyişikliklərə çevik uyğunlaşma və stresə davamlılıq;
- Öyrənməyə açıq olmaq və peşəkar inkişafda maraqlı olmaq;
- Həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkumluğu olmayan, fiziki cəhətdən sağlam olmaq;
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Lənkəran Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təyyarə Bələdçisi
Son tarix 02 mar 2026 - Müraciət et
Təsvir:
- Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
- Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
- Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
- Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
- Hava Gəmisində sərnişinlərin ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək;
- Sərnişinlərə təhlükəsizlik qaydaları barədə aydın və dəqiq məlumat vermək, vizual və praktiki nümayişlər keçirmək;
- Sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək, fövqəladə hallarda təlimata uyğun tədbirlər görmək
- Şikayət və narazılıqları peşəkarcasına dinləmək, uyğun həllər təklif etmək və müştəri məmnuniyyətini təmin etmək
Tələblər:
- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- 20–35 yaş arası olmaq;
- Xanım namizədlər üçün minimum 160 sm, bəy namizədlər üçün minimum 170 sm boy;
- Minimum tam orta təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis dilində ən azı orta səviyyə (fikirləri sərbəst ifadə etmə bacarığı);
- IELTS, TOEFL və digər beynəlxalq dil sertifikatları üstünlükdür;
- Rus, Alman, Fransız və digər dillər üzrə biliklər əlavə üstünlükdür;
- Müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığı;
- Stresə davamlılıq və problemləri operativ həll etmə bacarığı.
Əlavə Qeydlər:
- Təyyarə Bələdçisi vəzifəsi xüsusi korporativ geyimlə icra olunur və əməkdaşlar geyim standartlarına riayət etməlidirlər;
- Təyyarə Bələdçisi vəzifəsi daim müxtəlif insanlarla ünsiyyət tələb etdiyindən, görünən bədən hissələrində döymə, piercing və digər nişanların olması yolverilməzdir.
Seçim Mərhələləri:
- CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
- Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
- İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə.
- Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
- Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
- İşə Qəbul və Təlimlər
Tez-tez verilən suallara cavab: https://azal.az/az/azal-aviasirketi/karyera#faq
Müraciətlər üçün son tarix nədir?
Vakansiya üçün rəsmi ilkin son müraciət tarixi 28.02.2026-ci ildir. Bununla belə, AZAL İşə Qəbul komandası vakansiya üzrə müraciətləri sistemə daxil olduqdan sonra mərhələli şəkildə dəyərləndirir.
Seçimlər mərhələli şəkildə vakansiya tələblərinə ən uyğun gələn namizədlərdən başlayaraq vakansiyanın son müraciət tarixinə qədər bütün uyğun namizədlər ilə davam edəcək.
Müraciət etdikdən sonra hansı prosess gözlənilir?
İlkin əsas vəzifə tələblərinə uyğun gələn bütün namizədlər SMS/elektron poçt və ya telefon zəngi vasitəsilə cari vakansiya elanında göstərilən seçim mərhələlərini keçmək üçün növbəli şəkildə seçimlərə dəvət olunurlar.
Qeyd:
Hal-hazırda təhsil alan namizədlərin müraciətləri nəzərə alınmayacaq
Bu vəzifə tam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb etdiyindən, yalnız vəzifə öhdəliklərini tam icra edə biləcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciət edə bilərlər.
Xüsusi avtomobil sürücüsü
Son tarix 02 mar 2026 Müraciət et
Təsvir
- Avtomobilin texniki imkanlarını və istismar xüsusiyyətlərini bilməli, lazımi sənədləri (sürücülük vəsiqəsi, aerodrom talonu) üzərində saxlamalıdır;
- Hər gün xəttə çıxmazdan əvvəl avtomobilə texniki baxış keçirməli, təhlükəsizlik və siqnal sistemlərini yoxlamalıdır;
- Yol vərəqəsini mexanikə imzalatmalı, nasazlıq olduqda mexanik və dəstə rəisinə məlumat verməlidir;
- Yükdaşıma zamanı yükün həcmini və avtomobilin daşıma qabiliyyətini nəzərə almalıdır;
- Sürücü əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir.
Tələblər
- Təhsil: Peşə ilə bağlı təhsil;
- İş təcrübəsi: minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili əla;
- Sürücülük vəsiqəsi: BCD (E arzuolunandır);
- Hərbi mükəlləfiyyət: yararlı;
- Fikrini izah etmək qabiliyyəti;
- İşə planlı yanaşma;
- Komandada işləmək bacarığı
İş şəraiti
- İş rejimi: Növbəli
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Gəncə Beynəlxalq Hava Limanı/ Sürücü
Son tarix 01 mar 2026 Müraciət et
Təsvir
- Avtomobilin texniki imkanlarını və istismar xüsusiyyətlərini bilməli, lazımi sənədləri (sürücülük vəsiqəsi, aerodrom talonu) üzərində saxlamalıdır;
- Hər gün xəttə çıxmazdan əvvəl avtomobilə texniki baxış keçirməli, təhlükəsizlik və siqnal sistemlərini yoxlamalıdır;
- Yol vərəqəsini mexanikə imzalatmalı, nasazlıq olduqda mexanik və dəstə rəisinə məlumat verməlidir;
- Yükdaşıma zamanı yükün həcmini və avtomobilin daşıma qabiliyyətini nəzərə almalıdır;
- Sürücü əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir.
Tələblər
- Təhsil: Peşə ilə bağlı təhsil;
- İş təcrübəsi: minimum 5 il;
- Dil bilikləri: Azərbaycan dili əla;
- Sürücülük vəsiqəsi: BCD (E arzuolunandır);
- Hərbi mükəlləfiyyət: yararlı;
- Fikrini izah etmək qabiliyyəti;
- İşə planlı yanaşma;
- Komandada işləmək bacarığı
İş şəraiti
- İş rejimi: Növbəli
- İş yeri: Gəncə Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciət edə bilərlər.
Ekipajlara dəstək qrupunun rəhbəri
Son tarix 04 mar 2026 Müraciət et
Təsvir
- Uçuşların İstehsalı İdarəsinin Uçuş İstehsalına Dəstək şöbəsinin əsas funksiyalarına nəzarət etmək və icrasına dəstək göstərmək;
- Ekipajlara dəstək qrupuna bilavasitə rəhbərlik etmək, yaranan tələblər və problemlər üzrə operativ koordinasiyanı təmin etmək;
- Əməliyyat və idarəetmə sistemlərinin köklənməsi, sazlanması və şirkətin daxili tələblərinə uyğunlaşdırılmasını həyata keçirmək və bu proseslərə nəzarət etmək;
- Uçuş İstehsalına Dəstək şöbəsinin rəisinin uçuş və ya digər səbəblərlə işdə olmadığı hallarda onun operativ funksiyalarının icrasını təmin etmək;
- Müvafiq təyyarə istehsalçıları, FMC avadanlıqları və digər mühəndis-texniki məsələlər üzrə zəruri dəstəyi təşkil etmək və əlaqələndirmək;
- Uçuş istehsalı proseslərinin fasiləsizliyini təmin etmək məqsədilə aidiyyəti struktur bölmələrlə effektiv əməkdaşlıq etmək.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi), peşə ilə bağlı təhsil üstünlük hesab olunur;
- Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rus dili üzrə orta səviyyədə bilik;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramları ilə işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, danışıqlar aparma və təqdimat bacarıqları;
- Qərarvermə və problem həll etmə bacarığı;
- Öyrənmə qabiliyyəti və dəyişikliklərə çevik uyğunlaşma bacarığı;
- Komandada işləmək və effektiv koordinasiya bacarığı;
- İdarəetmə və strateji düşünmə qabiliyyəti (rəhbər vəzifə üçün);
- Yüksək məsuliyyətlilik və operativlik.
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











