Azerbaijan Airlines
Uçuşlara nəzarət mərkəzinin xarici aeroportlarda yerüstü xidmət üzrə mütəxəssis
Son tarix 14 may 2026 - Müraciət et
Təsvir
- Uçuş gecikmələrinin IATA standartlarına uyğun qeydiyyatının aparılması və aidiyyəti tərəflərin məlumatlandırılması
- Uçuşların real vaxt gəliş və çıxış məlumatlarının sistemə düzgün daxil edilməsi
- Hava gəmisinə aid sərnişin, baqaj, yük, yanacaq doldurma və digər yerüstü xidmətlərin təhlükəsiz və səmərəli icrasına nəzarət
- Yerüstü xidmətlərin əməkdaşlar, nümayəndələr və tərəfdaş şirkətlər vasitəsilə icrasının izlənməsi
- Daxili və xarici stansiyalar arasında koordinasiyanın təmin edilməsi
- Təyyarə, sərnişin, baqaj və yük əməliyyatlarının effektiv idarə olunmasına nəzarət
- Əməliyyatların fasiləsiz və düzgün təşkilinə dəstək göstərilməsi
Tələblər
- Minimum 1 il müvafiq sahədə iş təcrübəsi
- Bakalavr təhsili
- Azərbaycan dili – yüksək səviyyədə
- İngilis dili – yüksək səviyyədə
- Rus dili – orta səviyyədə
- MS Word, Excel və Outlook proqramlarında işləmə bacarığı
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları
- Danışıqlar aparmaq bacarığı
- Qərar vermə bacarığı
- Problemləri operativ həll etmə qabiliyyəti
- Təqdimat bacarıqları
- Komandada işləmə bacarığı
- Öyrənmə çevikliyi və dəyişikliklərə uyğunlaşma
İş qrafiki: Növbəli.
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














