Azerbaijan Airlines
İqtisadiyyat İdarəsi/Qiymətin əmələ gəlməsi,Tarif və Rentabellik şöbəsi/Aparıcı İqtisadçı
Son tarix 15 mar 2025 - Müraciət et
Təsvir:
- Yeni açılan marşrutlar üzrə reyslərin və sifarişli (çarter) reyslərin xərclərinin hesablanması və yoxlanılması;
- Qiymətlərinin monitorinqinin mütəmadi həyata keçirilməsi və dəyişikliklərə çevik reaksiya verilməsi;
- Maddi, əmək və maliyyə vəsaitlərinin minimal sərfi ilə rentabellik səviyyəsinin artırılmasının təmin edilməsi məqsədilə tədbirlər planının hazırlanması və təkliflərin verilməsi;
- Cəmiyyətin bütün fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanması;
- Tariflərin müəyyən edilməsi üçün əlaqədar strukturlarla mütəmadi işin təşkilinin təmin edilməsi;
- Həyata keçirilmiş uçuşlar barədə statistik məlumatların vaxtında toplanması,zərərlə həyata keçirilən reyslərin səbəblərinin araşdırılması və hesabat formasında təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- Təhsil: Bakalavr və ya Magistr, (Maliyyə, Mühasibat uçotu və Audit, və digər əlaqəli ixtisaslar üzrə)
- Dil bilikləri: Azərbaycan dili – Səlis, İngilis dili – Yaxşı, Rus dili – Orta (üstünlükdür)
- Sertifikatları: ACCA- F2 və F3 olması olması üstünlükdür
- Microsoft Office bilikləri - MS Excel (əla), MS Word (əla), Power Point (əla), SQL, PowerBI bilikləri üstünlükdür;
- İş təcrübəsi – minimum 1 il (Büdcə, maliyyə və idarəetmə hesabatlığı üzrə);
- Güclü analitik və problem həll etmə bacarığı;
- Əla ünsiyyət qurma bacarığı.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında:
- Son tarix fevral 23, 2025
- Vakansiya növü Tam ştat