Azerbaijan Airlines
Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis
Son tarix 20 iyl 2024 - Müraciət et
Təsvir:
- Təlim ehtiyaclarının şirkət hədəflərinə və biznes strukturun əsas inkişaf sahələrinə uyğun olmasının analiz edilməsi;
- Təlim ehtiyaclarının prosedura əsasən büdcələnməsi və təsdiqlənməsi;
- Təlimlərin təşkili və aparılan təlimlərin effektivliyinin qiymətləndirilməsi;
- Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq/kvartal təlim fəaliyyətlərinin planlaşdırılması və keçirilməsi;
- Müxtəlif növ təlimlərin, seminarların təşkili və tədris olunmasında bilavasitə iştirak;
- Təlim prosesi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və işdə tətbiqi;
- Məlumatın səmərəli, vaxtında və düzgün toplanılması texnikasından istifadə etməklə, işçilərin peşəkar inkişaflarının gedişatının təhlil edilməsi;
- Öyrənmə və inkişaf portalında (LMS) işləmə bacarığı;
- Keçirilən sorğulara əsasən təlim ehtiyaclarına uyğun tədarükçülərin qiymətləndirilmə prosesində iştirak;
- Təlim və inkişaf üzrə hesabatların hazırlanması;
- Təlimlərin dizayn edilməsi, təqdimatların hazırlanması;
- İşçilərin işə uyğunlaşma prosesinin təşkili, izlənilməsi və proqramın keçirilməsi;
- Təlim və İnkişaf ilə bağlı bütün layihələrdə iştirak;
Tələblər:
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- İş təcrübəsi: müvafiq sahədə 3 ildən yuxarı;
- Azərbaycan dili və ingilis dili sərbəst;
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint) əla səviyyədə;
- İnsan Resursları sahəsində beynəlxalq sertifikatlar üstünlük hesab edilir;
- Akademik və praktik mənbələrdən insan resurslarına dair araşdırma bacarığı;
- Analitik düşüncə və təklifləri təqdim etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Komanda daxilində işləmək və komanda fəaliyyətini koordinasiya etmək bacarığı;
5 günlük iş rejimi (bazar ertəsi - cümə)
iş vaxtı: 09:00 - 18:00
iş yeri: Heydər Əliyev adına Hava Limanı