Azerbaijan Airlines
Loyallıq İdarəsi/Əməliyyatlar şöbəsi üzrə mütəxəssis
Son tarix 20 noy 2025 - Müraciət et
Təsvir
- Müştəri müraciətlərinin qeydiyyata alınması və daxili sistemlərdə düzgün şəkildə işlənməsi;
- Müştərilərə “AZAL Miles” proqramı və digər xidmətlər üzrə dəqiq məlumatların təqdim olunması;
- Telefon, e-mail və digər rabitə kanalları vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması;
- Çətin müraciətlərin aidiyyəti üzrə şöbələrə yönləndirilməsi və icra prosesinin izlənməsi;
- Müştəri məlumatlarının məxfiliyinə və təhlükəsizliyinə riayət olunması;
- Gündəlik və aylıq hesabatların hazırlanmasında iştirak;
- Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə şirkət standartlarına uyğun xidmət göstərilməsi;
- Müştəri rəylərinin toplanması və təhlil üçün müvafiq şöbələrə ötürülməsi;
- Müştəri şikayətlərinin qəbul edilməsi, qeydiyyata alınması və nəticə barədə geribildirim verilməsi;
- Şirkətin tələblərinə uyğun olaraq 7/24 rejimdə və dəyişkən qrafikdə işləmək.
Tələblər
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Müştəri xidməti və ya əməliyyatlar sahəsində minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – C2 (əla səviyyə), Rus dili – C2 (əla səviyyə), İngilis dili – B1 (yaxşı səviyyə);
- Proqram bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook);
- Müştəri təcrübəsi və ya loyallıq proqramları üzrə sertifikasiyaya malik olması üstünlükdür;
- Güclü ünsiyyət və dinləmə bacarığı;
- Problemlərin operativ həlli və qərarvermə bacarığı;
- Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyəti;
- Yüksək məsuliyyət hissi, diqqət və müştəriyönümlülük;
- Gərgin iş rejimində sakit və nəzakətli ünsiyyət tərzini qoruma bacarığı.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Müştəri Əlaqələri və Məlumatların İdarəedilməsi üzrə aparıcı mütəxəssis
Son tarix 20 noy 2025 Müraciət et
Təsvir
- Müxtəlif ssenarilər və təxminlər əsasında kampaniyaların maliyyə nəticələrini proqnozlaşdırmaq;
- Marketinq kampaniyaları üçün mənfəət-zərər hesabatları hazırlamaq və nəticələri təhlil etmək;
- Keçirilən kampaniyaların effektivliyini maliyyə göstəriciləri (ROI, xərclər, gəlir) və müştəri davranışı göstəriciləri (engagement, retention, churn, konversiya) üzrə mid və post analizlərlə qiymətləndirmək;
- Kampaniya nəticələri üzrə dashboard və hesabatların hazırlanması
- Xərclərin plan və büdcəyə uyğun idarə olunmasına nəzarət etmək;
- Marketinq, Kommersiya və maliyyə komandaları ilə əməkdaşlıq edərək kampaniyalar üçün maliyyə modelləri və büdcələr hazırlamaq;
- ROI göstəriciləri nəzərə alınmaqla kampaniyaların optimizasiyası üçün tövsiyələr vermək;
- Müştəri seqmentasiyası və CRM alətlərindən istifadə edərək hədəfləmə ssenariləri qurmaq və nəticələri təhlil etmək;
- Maliyyə və müştəri davranışı risklərini müəyyənləşdirmək və təsirin azaldılması istiqamətində təkliflər vermək.
Tələblər
- Təhsil: İqtisadiyyat, maliyyə və ya müvafiq ixtisas üzrə ali təhsil;
- İş təcrübəsi: Maliyyə analizi, marketinq analitikası və ya biznes planlaşdırma sahəsində ən azı 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – orta səviyyədən yuxarı, Rus dili – arzuolunandır;
- Proqram bilikləri: MS Excel, Word, PowerPoint, Outlook proqramlarında yüksək səviyyəli biliklər;
- Analitik və strateji düşünmə qabiliyyəti;
- Dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik və qərarvermə bacarığı;
- Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı;
- Güclü təqdimat və yazılı ünsiyyət bacarıqları.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.