Azerbaijan Airlines
SƏTƏM və KN İdarəsi/Mühəndis-ekoloq
Son tarix 13 fev 2025 - Müraciət et
Təsvir
- Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Nəzarət və statistik orqanlara təqdim edilməsi qanunvericiliklə müəyyən olunmuş hesabat, arayış və s. sənədlərin hazırlanmasında iştirak etmək;
- Ekoloji normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində Hava Limanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
- Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlamaq və təlimlər keçirmək;
- Tullantıların idarə olunmasına nəzarət etmək;
- Qəza və fövqəladə halların təsiri nəticəsində ətraf mühitə dəymiş ziyan haqqında hesabat hazırlamaq;
- Ekoloji qəzalarını araşdırılması və yenidən baş verməməsi üçün həll yollarını təklif etmək;
- Ekoloji pozuntuların müəyyənləşdirmək və həll yollarının təklif etmək;
- Hava limanlarının ekoloji aspektlərini qiymətləndirmək;
- İSO 14001 beynəlxalq standarlarının tələblərini tətbiq etmək və daxili auditlərdə iştirak etmək.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş qrafiki
- 5 günlük iş rejimi, Saat: 09:00-18:00
İş Yeri
- Heydər Əliyev adına Hava Limanı
Vakansiya haqqında
- Son tarix yanvar 19, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Yerüstü Xidmət İdarəsi/Yük əməliyyatları üzrə menecer
Son tarix 13 fev 2025 Müraciət et
Təsvir
- Aviaşirkətin yük daşıma standartlarını beynəlxalq yük aviadaşınma standartlarına, aviaşirkətlərin siyasət və qaydalarına, yerli təhlükəsizlik standartlarına və normativ tələblərə uyğunluğunu təmin etmək;
- Daxili və beynəlxalq reylslər üzrə yük daşıma əməliyyatları üçün dəqiq hesabatlılığın təmin edilməsi və rəhbərliyə təqdim olunması;
- Yük daşıma agentləri və xidmət göstərən şirkətlərlə müvafiq koordinasiya aparmaq, məhsul və xidmətlərin müqavilə şərtlərinə uyğun şəkildə təmin olunmasını təmin etmək;
- Yük xidmətləri ilə bağlı məsələlərdə aviaşirkəti təmsil etmək, gömrük və sərhəd mühafizə orqanları və digər fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə olmaq, birbaşa rəhbərlə razılaşdırıldıqdan sonra yük xidmətləri ilə bağlı uyğunluqla əlaqədar əvvəlki sənədlər və aktlar üzərində imza atmaq hüququna malik olmaq;
- Yük əməliyyatları üzrə resurs, avadanlıq və vasitələrdən istifadə etməklə iş proseslərinin uyğunluğunu təmin etmək üçün fəaliyyət planını hazırlamaq və yenidən qiymətləndirmək.
Tələblər
- Təhsil: Bakalavr;
- Minimum 2 illik iş təcrübəsi;
- Hava limanının idarəetmə sistemindən və kompüter proqramlarından istifadə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş yeri
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında
- Son tarix yanvar 19, 2025
- Vakansiya növü Tam ştat
İqtisadiyyat İdarəsi/Büdcə və proqnozlaşdırma şöbəsi/Aparıcı İqtisad
Son tarix 30 yan 2025 Müraciət et
Təsvir
- Cəmiyyətin orta və uzunmüddətli dövr üçün iqtisadi proqnoz göstəricilərini işləyib hazırlamaq;
- Cəmiyyətin fəaliyyətinin nəticələrinin təsdiq edilmiş büdcəyə uyğunluğunun monitorinqi həyata keçirmək;
- Maddi, əmək və maliyyə vəsaitlərinin minimal sərfi ilə rentabellik səviyyəsinin artırılmasının təmin edilməsi məqsədilə tədbirlər planının hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin biznes planlarının və iqtisadi fəaliyyətinin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
- Yeni açılan marşrutlar üzrə reyslərin və sifarişli (çarter) reyslərin xərclərini hesablamaq.
Tələblər
- Təhsil: Bakalavr və ya Magistr, (Maliyyə, Mühasibat uçotu və Audit, və digər əlaqəli ixtisaslar üzrə)
- Dil bilikləri: Azərbaycan dili – Səlis, İngilis dili – Əla, Rus dili – Orta (üstünlükdür)
- Sertifikatları: ACCA- F2 və F3 olması olması üstünlükdür
- Microsoft Office bilikləri - MS Excel (əla), MS Word (əla), Power Point (əla), SQL, PowerBI bilikləri üstünlükdür;
- İş təcrübəsi – 2-5 il (Büdcə, maliyyə və idarəetmə hesabatlığı üzrə);
- Güclü analitik və problem həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Əla ünsiyyət qurma bacarığı.
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
SƏTƏMM VƏ KN İdarəsi/Mülki müdafiə üzrə mühəndis
Son tarix 13 fev 2025 Müraciət et
Təsvir
- Azərbaycan Respublikası “Mülki müdafiə haqqında Qanunu”nun, Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə Qərarı”nın və digər qanunvericilik aktlarının tələblərini bilmək;
- “Mülki müdafiə Planı” və “İllik mülki müdafiə tədbirləri lanları”nın işlənib hazırlanmasında iştirak etmək;
- Rəhbər heyətin, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin və mülki müdafiə dəstələrinə cəlb edilməyən personalın müəyyən olunmuş proqram üzrə hazırlıq qaydalarını bilmək;
- Struktur bölmələri üzrə personalın tərkibindən mülki müdafiə hərbiləşdirilməmiş dəstələrinin yaradılmasını təşkil etmək;
- Mülki müdafiənin idarə olunması, fövqəladə hallar zamanı təşkilati, mühəndis-texniki, kimyəvi-nəzarət və tibbi tədbirlərin həyata keçirilməsi qaydalarını bilmək;
- Mülki müdafiə Fərdi mühafizə vasitələrinin sifariş verilməsi, onların alınması, yerləşdirilməsi və laboratoriya sınağından keçirilməsi qaydalarını bilmək;
- Tibbi və fərdi mühafizə vasitələrindən, kimyəvi-kəşfiyyat, həmçinin dozimetrik-nəzarət cihazlarından istifadə etməyi bacarmaq;
- Kollektiv mühafizə qurğularının hazır vəziyyətdə saxlanılmasına, zirzəmilərin və daldanacaqların texniki vəziyyətinə nəzarət etmək;
- Mülki müdafiə üzrə hesabat məlumatlarının, əmr və sərəncamların hazırlanması qaydalarını bilmək.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş qrafiki
- 5 günlük iş rejimi, Saat: 09:00-18:00
İş Yeri
- Heydər Əliyev adına Hava Limanı
Vakansiya haqqında
- Son tarix yanvar 19, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr