Azerbaijan Airlines
Nəzarət üzrə qrup inspektoru/ Rentgen qurğuları üzrə qrup inspektoru
Son tarix 14 iyl 2024 - Müraciət et
Təsvir:
- Sərnişinlərə, onların əl yükünə və baqajına aviasiya təhlükəsizliyi qaydalarına uyğun baxış keçirmək (X-Ray qurğusu daxil);
- Mülki hava gəmilərinin salonunda daşınması qadağan olunmuş əşya və maddələrin aşkarlanmasını təmin etmək;
- Aviasiya təhlükəsizliyinə dair baxış texnikasının və digər vasitələrin işləmə xüsusiyyətlərini bilmək;
- Xidmətdə olduğu müddətdə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan qaydalara riayət etmək.
Tələblər:
- Ali təhsil (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (əla) , ingilis dili (orta), əlavə xarici dil biliyi üstünlük hesab edilir;
- Məhkumluq və zərərli vərdişlərin olmaması;
- Psixoloji və fiziki cəhətdən sağlam;
- Həqiqi hərbi xidmət keçmiş;
- 20-35 yaş arası qadın və kişi namizədlər;
- Boy göstəriciləri: kişi namizədlər üçün 1.75 sm, qadın namizədlər üçün 1.65 sm az olmamalı);
- Məsuliyyətli, detallara qarşı diqqətli, çalışqan;
- Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Əlavə iş şərtləri:
- İş rejimi: Növbəli
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
- Geyim üslubu: Xüsusi geyim forması
Daxili audit idarəsinin Baş Auditoru
Son tarix 12 iyl 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Daxili audit idarəsinin rəisinin tapşırığına əsasən audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;
- Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Daxili audit planının hazırlanmasında iştirak etmək;
- Qrup rəhbəri olaraq cəlb olunduğu layihələrə rəhbərlik etmək, qrup üzvləri arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
- Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit idarəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
- Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin etmək və audit sübutlarını sənədləşdirmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Müxtəlif peşə (CİA, ACCA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla).
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri-iş günüdür;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.