Azerbaijan Airlines
Uyğunluğun təminatı üzrə mütəxəssis
Son tarix 06 may 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində uyğunluğun təminatı və mövcud siyasətlərin tətbiqi ilə bağlı məsələlərdə iştirak etmək.
- Daxili və xarici proqramların uyğunluğunu yoxlamaq.
- Şirkət daxilində uyğunluğun təminatı siyasəti ilə əlaqəli riskləri azaltmaq üçün strategiyalar hazırlamaq və tətbiq etmək.
- Müəyyən edilmiş uyğunluğun təminatı siyasətlərinə və prosedurlarına əməl olunmasını təmin etmək üçün vaxtaşırı yoxlamalar aparmaq və lazım olduqda düzəlişlər edilməsinə dair tövsiyələr vermək.
- Uyğunluq göstəricilərinin, səmərəli fəaliyyət meyarlarının və hesabatlarını hazırlamaq.
- İnam yaradan, problemlərin aydın başa düşülməsini təşviq edən və lazım olduqda dəyişikliklərə təsir edən yazılı və şifahi ünsiyyət qurmaq bacarığını nümayiş etdirmək.
- Korrupsiya risklərini qiymətləndirmək və risk kateqoriyaları üzrə məsləhətlər vermək üçün potensial təchizatçılar, fiziki şəxslər və müştərilər üzərində lazımi araşdırma aparmaq.
- Ciddi məxfiliyi qoruyaraq, fraud və digər qanun pozuntuları ilə bağlı araşdırmalarda fakt toplayan şəxs kimi iştirak etmək.
- Uyğunluq, digər pozuntulara qarşı mübarizə və korrupsiya auditlərində iştirak etmək.
Tələblər:
- Hüquq, Maliyyə, Biznes və ya İnsan Resursları üzrə ali təhsil.
- Şirkət daxilində bütün kateqoriyadan olan əməkdaşlarla və tədarükçülərlə əlaqələr qurmaq və münasibətləri saxlamaq bacarığı.
- Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür).
- Siyasətlər, proseslər, uyğunluğa nəzarət və ən yaxşı təcrübələr haqqında biliklər.
- İnam yaradan, problemlərin aydın başa düşülməsini təşviq edən və lazım olduqda dəyişikliklərə təsir edən yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
- Güclü analitik bacarıqlar və risklərin effektiv qiymətləndirilməsi və lazımi araşdırma prosesləri üçün təfərrüata diqqət.
- Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı, problemin həlli və qərarların qəbulu üçün fəal yanaşma.
- Korrupsiyaya qarşı mübarizə prinsipləri və əlaqəli hüquqi çərçivələr haqqında biliklər.
Uyğunluğun təminatı üzrə aparıcı mütəxəssis
Son tarix 06 may 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Uyğunluğun Təminatı şöbəsinin rəhbəri ilə məsləhətləşmələr apararaq Uyğunluq Təminatı şöbəsinin funksiyasını işləyib hazırlamaq.
- Qeyri-qanuni, qeyri-etik və ya düzgün olmayan davranışların qarşısını almaq üçün Uyğunluğun Təminati Proqramının və onunla əlaqəli fəaliyyətlərin siyasətini və prosedurlarını hazırlamaq, tətbiq etmək, dəstəkləmək və onlara nəzarət etmək.
- Uyğunluğun Təminatı Proqramının gündəlik işinə nəzarət etmək.
- Uyğunluğun təminatı ilə bağlı məsələlərin araşdırılması və həll edilməsi məqsədilə həmin məsələləri müvafiq mövcud kanallara yönəltmək üçün digər şöbələrlə (məsələn: hüquq, daxili nəzarət, İR və s.) əməkdaşlıq etmək.
- Tətbiq olunan qaydaların, siyasətlərin, prosedurların və Davranış Kodeksinin tələblərinin iddia edilən pozuntu hallarını qiymətləndirmək və araşdırmanın başlanması üçün tövsiyələrini vermək.
- Riskləri təhlil edərək uyğunluğun təminatı sahəsində zəif nöqtələri və potensial riskləri müəyyən etmək, problemli məsələlərin həlli üçün təhsisedici tədbirlər planlarını hazırlamaq/həyata keçirmək və gələcəkdə analoji vəziyyətlərin qarşısını alınması və ya həll edilməsi üsulları barədə ümumi təlimatlar vermək.
- Uyğunluğun təminatı üzrə məlumatlandırma proqramını dəstəkləmək, o cümlədən
- Uyğunluğun təminatı üzrə Qaynar Xətdən istifadəni;
- Davranış Kodeksi və digər müvafiq siyasətlər haqqında məlumatlılığın artırılmasını;
- Uyğunluğun təminatı sahəsində yeni və mövcud məsələlərin və müvafiq siyasət və prosedurların öyrənilməsini təşviq etmək.
- Uyğunluğun təminatı üzrə səmərəli təlim proqramının, o cümlədən yeni işçilər üçün müvafiq işə qəbul təliminin, eləcə də bütün işçilər və rəhbərlik üçün davamlı təlimlərin hazırlanmasını dəstəkləmək.
- Uyğunluğun təminatı ilə bağlı auditləri həyata keçirmək üçün Daxili Nəzarət şöbəsi ilə sıx əməkdaşlıq etmək.
- Tranzaksiya əməliyyatları, yeni risk sahələri, şirkətin siyasət və ya prosedurlardakı çatışmazlıqlar və ya qeyri-müəyyənliklər və ya nəzarətin gücləndirilməli olduğu sahələr üzrə məsləhətlər vermək.
- Üçüncü Tərəf İdarəetmə və KYC (Müştərini Tanı) proqramının yerli icrasına cavabdehlik daşımaq.
- Qanunlar və qaydalar haqqında mövcud məlumatların əldə edilməsini, dəyişikliklərdən xəbərdar olunmasını təmin etmək.
Tələblər:
- Hüquq, Maliyyə, Biznes və ya İnsan Resursları üzrə bakalavr dərəcəsini bitirməli.
- Uyğunluğun təminatı üzrə ixtisaslaşmış mütəxəssis (Certified Compliance Professional (CCP)) və ya ekvivalent sertifikata malik olmalıdır.
- Uyğunluğun təminatı sahəsində 5 ildən artıq təcrübə.
- Antiinhisar fəaliyyəti haqqında Qanunun icrasına, Korrupsiyaya Qarşı Mübarizə, Maraqların Toqquşması, Fraud, Sanksiyalara dair Uyğunluğun təminatı proqramlarının hazırlanması, tətbiqi və icrasında təcrübə.
- Uyğunluq göstəricilərinin tərtib edilməsi və tətbiqi üzrə təcrübə.
- Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarıqları (rus dili biliyi üstünlükdür).
- Peşəkar mühakimə yürütmək və işlə bağlı problemləri və ehtiyacları anlamaq və onlara cavab vermək bacarığı.
- Dürüstlük, peşəkarlıq, sədaqət, hörmət və işgüzar etikanın yüksək standartlarına malik olmalıdır.
- Müstəqil işləmək, habelə kiçik və böyük məsələlərin öhdəsindən eyni dərəcədə gəlmək bacarığı.
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmalı.
- Mükəmməl təşkilatçılıq və fakt toplama bacarıqlarına sahib olmalı.