Azerbaijan Airlines
İnsan Resursları İdarəsi/ 1C Mütəxəssisi
Son tarix 18 noy 2023 - Müraciət et
AZAL QSC, İR komandasına qoşulmaq üçün 1C Mütəxəssisi axtarır. 1C mütəxəssisi şirkətin fəaliyyətinin avtomatlaşdırılması üçün zəruri olan 1C proqramı məhsullarını hazırlamalı, dəstəkləməli və inkişaf etdirməlidir.
Vəzifə öhdəlikləri:
- 1C bazasının işinin təhlili və optimallaşdırılması;
- Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizliyinə nəzarət etmək;
- 1C bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.);
- 1C proqram təminatındakı ən son yeniliklərdən xəbərdar olmaq, onların təşkilatımız üçün tətbiqini qiymətləndirmək və təkmilləşdirmələri tövsiyə etmək;
- Şirkətin əməkdaşlarının proqram təminatına sürətli və fasiləsiz şəkildə qoşulması təmin etmək;
- Əməkdaşların proqram təminatından effektiv istifadə edilməsinə köməklik göstərməsi;
- İşdən çıxan əməkdaşın program təminatına olan giriş icazələrinin ləğv olunması, yeni işə qəbul olunan əməkdaşa vəzifəsinə uyğun olaraq proqram təminatında işləmək üçün təlimat vermək;
- İstifadəçi adları və əlavə icazələrin verilməsi;
- Hesabat, çap formaları və ekranlarda düzəliş edilməsi və ya yeni bir istəklə bağlı müraciətlərə baxılması;
- İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
- 1С ERP proqram təminatının istifadəçi təminatı və dəstəklənməsi;
- İstifadəçilərin 1C-də yaranan problemlərini həll etmək və onları təlimləndirmək;
- Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması;
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
- Kompüter texnologiyaları, iqtisadiyyat və ya uyğun sahə üzrə bakalavr dərəcəsinə sahib olmaq;
- 1C proqram təminatının konfiqurasiyası üzrə peşəkar biliklər.
- Mükəmməl problem həll etmə və ünsiyyət bacarıqları;
- Həm fərdi, həm də komandada səmərəli işləmək bacarığının olması;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - orta; Rus dili – orta (üstünlükdür)
- Güclü analitik bacarıqlar, biznes tələblərini qiymətləndirmək və onları 1C və ERP sistemləri daxilində texniki həllərə çevirmək bacarığı;
- Böyük datalarla işləmə qabiliyyəti
- 1C proqram təminatı və ERP texnologiyalarında ən son yeniliklərdən xəbərdar olmaq;
İnsan Resursları Əməliyyatları üzrə Baş Mütəxəssis
Son tarix 18 noy 2023 Müraciət et
AZAL QSC, İR komandasına qoşulmaq üçün İnsan Resursları Əməliyyatları üzrə Baş Mütəxəssisi vəzifəsinə əməkdaş axtarır. Bu vəzifə üçün axtarılan əməkdaş analitik düşünmə qabiliyyətinə, əmək qanunvericiliyi və İR proseslərini həyata keçirmək üçün mükəmməl biliyə və təcrübəyə malik olmalıdır.
Vəzifə öhdəlikləri:
- İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
- İşçinin işə qəbulu, işdən çıxarılması, vəzifə, əmək haqqı dəyişikliyi, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən(əmək, özhesabına, social,təhsil) istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi, xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil etmək;
- Könüllü Tibbi sığortanı təmin edən şirkətə cari işçilərin məlumatlarının, yeni işə qəbulların və işdən çıxarılmaların hesabatlarının təqdim etmək;
- Tələblərə uyğun olaraq lazımi məlumatların təhlili və hesabatların hazırlanması;
- İş rolu daxilində İR ilə bağlı məsələlərlə bağlı işçilərin sorğularına cavab vermək;
Tələblər:
- İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- İR Əməliyyatları üzrə minimum 3 il təcrübə;
- Əmək qanunvericiliyi və qaydaları haqqında güclü bilik və təcrübə;
- Elektron Hökümət Portalları ilə işləmək;
- Həssas və məxfi məlumatları idarə etməyi bacarmaq;
- Dil bilikləri: Azərbaycan dili – Səlis; İngilis dili - orta; Rus dili – orta (üstünlükdür);
- Microsoft Office bilikləri;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Əla ünsiyyət qurma bacarığı;
Risklərin qiymətləndirilməsi və idarəolunması şöbəsi üzrə Aparıcı İqtisadçı
Son tarix 18 noy 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Yarana biləcək potensial risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir;
- Risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Risklərin idarə edilməsi prosesində lazımi hesabatların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Cəmiyyətin bölmələrində aparılan biznes proseslərinin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Cəmiyyətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi.
Tələblər:
- Təhsil: Ali Təhsil (Iqtisadiyyat, Maliyyə sahəsi)
- Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yaxşı; Digər dil bilikləri əlavə üstünlükdür
- Proqram bilikləri: Excel, Word, PowerPoint, Outlook
- Excel/SQL/VBA/Power BI – bilikləri əlavə üstünlükdür
- ACCA, CFA, FRM beynəlxalq sertifikatlar əlavə üstünlükdür
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşması;
- Öz üzərində daima çalışmaq;
- Ezamiyyə imkanları;
- Sahə üzrə minimum 2 il təcrübə.
İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00-dək
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı