Azerbaijan Airlines
Təyyarə Bələdçisi
Son tarix 16 yan 2026 - Müraciət et
Təsvir
- Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
- Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
- Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
- Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
- Hava Gəmisində sərnişinlərin ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək;
- Sərnişinlərə təhlükəsizlik qaydaları barədə aydın və dəqiq məlumat vermək, vizual və praktiki nümayişlər keçirmək;
- Sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək, fövqəladə hallarda təlimata uyğun tədbirlər görmək
- Şikayət və narazılıqları peşəkarcasına dinləmək, uyğun həllər təklif etmək və müştəri məmnuniyyətini təmin etmək
Tələblər
- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- 20–35 yaş arası olmaq;
- Xanım namizədlər üçün minimum 160 sm, bəy namizədlər üçün minimum 170 sm boy;
- Minimum tam orta təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis dilində ən azı orta səviyyə (fikirləri sərbəst ifadə etmə bacarığı);
- IELTS, TOEFL və digər beynəlxalq dil sertifikatları üstünlükdür;
- Rus, Alman, Fransız və digər dillər üzrə biliklər əlavə üstünlükdür;
- Müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığı;
- Stresə davamlılıq və problemləri operativ həll etmə bacarığı.
Əlavə Qeydlər:
- Təyyarə Bələdçisi vəzifəsi xüsusi korporativ geyimlə icra olunur və əməkdaşlar geyim standartlarına riayət etməlidirlər;
- Təyyarə Bələdçisi vəzifəsi daim müxtəlif insanlarla ünsiyyət tələb etdiyindən, görünən bədən hissələrində döymə, piercing və digər nişanların olması yolverilməzdir.
Seçim Mərhələləri:
- CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
- Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
- İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə.
- Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
- Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
- İşə Qəbul və Təlimlər
Tez-tez verilən suallara cavab: https://azal.az/az/azal-aviasirketi/karyera#faq
Müraciətlər üçün son tarix nədir?
- Vakansiya üçün rəsmi ilkin son müraciət tarixi 31.12.2025-ci ildir. Bununla belə, AZAL İşə Qəbul komandası vakansiya üzrə müraciətləri sistemə daxil olduqdan sonra mərhələli şəkildə dəyərləndirir.
- Seçimlər mərhələli şəkildə vakansiya tələblərinə ən uyğun gələn namizədlərdən başlayaraq vakansiyanın son müraciət tarixinə qədər bütün uyğun namizədlər ilə davam edəcək.
Müraciət etdikdən sonra hansı prosess gözlənilir?
- İlkin əsas vəzifə tələblərinə uyğun gələn bütün namizədlər SMS/elektron poçt və ya telefon zəngi vasitəsilə cari vakansiya elanında göstərilən seçim mərhələlərini keçmək üçün növbəli şəkildə seçimlərə dəvət olunurlar.
Qeyd:
- Hal-hazırda təhsil alan namizədlərin müraciətləri nəzərə alınmayacaq
- Bu vəzifə tam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb etdiyindən, yalnız vəzifə öhdəliklərini tam icra edə biləcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











