Azerbaijan Airlines
Laçınaeronaviqasiya - Radionaviqasiya və radiolokasiya üzrə mühəndis
Son tarix 12 yan 2026 - Müraciət et
Təsvir
- Obyektlərin quruluş sxemlərini və onların qarşılıqlı əlaqəsini bilmək;
- Ona həvalə olunmuş radiotexniki avadanlıqların prinsipal elektrik və montaj sxemlərini bilmək;
- Obyektlərin RTA-nın (radiotexniki avadanlıq) elektrik qidalanma sxemlərinin iş prinsipini və RTA-ların ehtiyatlama təlimatlarını bilmək;
- RTA-ların texniki-istismar qaydalarını bilmək;
- Növbə ərzində obyektin avadanlıqlarının düzgün istismarını və fasiləsiz işini təmin etmək;
- RTA-da yaranan nasazlıq və işdən çıxma hallarında yubanmadan ehtiyat vasitələrini işə qoşmaq və nasazlığı dərhal aradan qaldırmaq.
Tələblər
- Ali və ya orta - texniki təhsil;
- Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
- Problemi Həll etmə Bacarığı;
- Öyrənmə Qabiliyyəti;
- İşə Uyğunlaşma Qabiliyyəti;
- Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
- Komandada İşləmə Bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











