Azəralüminium MMC
Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi
Son tarix 01 iyn 2025 [email protected]
İşin təsviri:
- Xarici şirkətlərlə, qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək;
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqları və rəsmi yazışmaları həyata keçirmək;
- Rəhbərliyin göstərişlərinə əsasən xarici partnyorlarla görüşləri təşkil etmək;
- Sənayedə baş verən trendləri izləyərək beynəlxalq əməkdaşlıqlarla bağlı imkanları araşdırmaq və təkliflər hazırlamaq;
- Yerli və xarici tədbirlərdə, konfranslarda şirkəti təmsil etmək;
Tələblər:
- Ali təhsil (beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq hüquq ixtisasları üzrə təhsili olanlara üstünlük veriləcəkdir)
- Dil bilikləri: ingilis və rus dillərini yüksək səviyyədə bilməli
- Planlaşdırma və idarəetmə bacarığı
- Təşkilatçılıq bacarığı
- Baza səviyyədə maliyyə biliklərinin olması üstünlükdür
- Microsoft Office proqramlarında işləmək bacarığı
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.