Azera Holding
İşə qəbul üzrə menecer
Son tarix 04 noy 2025 - [email protected]
İş haqqında məlumat:
- Holdinq daxilindəki bütün səviyyələr, o cümlədən mürəkkəb səviyyəli vəzifələr üzrə işə qəbul prosesini A-dan Z-yə idarə etmək.
- Effektiv istedad cəlbetmə strategiyaları hazırlamaq və tətbiq etmək (pasiv namizəd axtarışı, sosial media, peşəkar şəbəkələr, məzun proqramları və s.).
- İşə qəbul üçün büdcə və hesabatlılıq sistemini idarə etmək, əsas performans göstəricilərini (KPI'ları) müəyyənləşdirmək və izləmək.
- Müxtəlif karyera portalları, LinkedIn kimi peşəkar platformalar və digər resurslardan istifadə edərək namizəd bazasını genişləndirmək.
- Holdinqin işəgötürən brendinin (Employer Branding) gücləndirilməsi istiqamətində PR və marketinq komandaları ilə sıx əməkdaşlıq etmək.
- Menecerlərlə mütəmadi görüşlər keçirərək ehtiyacları dəqiq analiz etmək, vakansiya profillərini effektiv şəkildə hazırlamaq.
- İşə qəbul prosesinin səmərəliliyini artırmaq üçün rəqəmsal HR alətlərini (məsələn, ATS - Applicant Tracking System) təklif etmək və tətbiq etmək.
- Namizədlərə müsbət təcrübə təmin etmək məqsədilə kommunikasiya standartlarını yüksək səviyyədə saxlamaq.
Tələblər:
- İnsan Resursları, İdarəetmə və ya müvafiq sahədə ali təhsil.
- Müxtəlif sektorları əhatə edən böyük bir şirkətdə və ya holdinqdə İşə Qəbul/İstedadın Cəlbi sahəsində minimum 4 il iş təcrübəsi (Menecer səviyyəsində təcrübə arzuolunandır).
- K/təsərrüfatı, Səhiyyə, İstehsalat, Xidmət, Tibbi sahələr üzrə işə qəbulu təmin etmək imkanı (qeyd olunan sahələr üzrə CV və namizəd bazası)
- Aktiv namizəd axtarışı (sourcing) və headhunting metodologiyaları barədə dərin bilik və təcrübə.
- Azərbaycan və Rus dillərində səlis, İngilis dilində yüksək səviyyədə işgüzar yazışma və danışıq bacarığı vacibdir.
- Güclü ünsiyyət, təqdimat və danışıqların aparılması bacarığı.
- Dinamik və çoxşaxəli iş mühitində eyni anda bir neçə layihəni idarəetmə qabiliyyəti.
- HR proqramları (ATS/HRIS) ilə işləmə təcrübəsi.
İş şərtləri:
- 5 günlük iş qrafiki
- ƏM-nə uyğun rəsmiləşdirmə
- Əmək haqqı razılaşdırılma
Müraciət üçün: CV-nizi “İşə qəbul üzrə menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .