Azera Holding
Satış üzrə mütəxəssis
Son tarix 31 avq 2026 - [email protected]
“KATAN Tekstil” MMC üçün Satış üzrə Mütəxəssis vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmalarının aparılması;
- Aylıq və illik satış planlarının icrasını təmin etmək;
- Satış göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq;
- Tekstil məhsullarının texniki xüsusiyyətləri və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək;
- Məhsul təqdimatlarını keçirmək və kommersiya təklifləri hazırlamaq;
- Müştərilərlə qiymət, təchizat və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
- Müştəri məmnuniyyətini təmin etmək, daxil olan müraciət və şikayətləri operativ şəkildə həll etmək;
- İstehsalat, logistika və marketinq şöbələri ilə koordinasiyalı işləmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
- İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Satış və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərində ünsiyyət bacarığı;
- MS Office proqramlarını (Word, Excel, PowerPoint) yüksək səviyyədə bilmək;
- Outlook, 1C proqramlarında işləmək bacarığı;
- Excel-də Pivot cədvəllər və satış analizləri hazırlamaq bacarığı;
- Google Analytics biliyi üstünlükdür;
- Salesforce Certified Sales Professional və HubSpot Sales Certification sertifikatlarının olması üstünlük hesab olunur;
- Analitik düşünmə, ünsiyyət və təqdimat bacarığı, məsuliyyətlilik və nəticəyönümlülük.
İş şərtləri:
- Əmək haqqı: 500 AZN + satış bonusu
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Müddətli əmək müqaviləsi (1 il);
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə mütəxəssis" qeyd etməklə müvafiq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
















