Azər Türk Bank
Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Baş mütəxəssis
Son tarix 11 iyl 2024 - Müraciət et
Təsvir:
- Skorinq modellərinin təhlili, təkminləşdirilməsi (SQL üzərindən);
- IFRS 9 avtomatlaşdırma implementasiyası (Python üzərindən);
- Makroiqtisadi stres testlərin modelləşdirilməsi (Python və ya SQL üzərindən);
- Gündəlik portfelin analizi, dataların üzərindən təhlillərin aparılması və təqdim edilməsi;
- Sifarişlərin təhlil edilərək müzakirəyə təqdim edilməsi;
Tələblər:
- Ali təhsil (bakalavr);
- Bank və ya digər əlaqəli maliyyə müəssisəsində (sığorta, konsaltinq) ən azı 2 illik iş təcrübəsi;
- Python və SQL üzərindən modelləşmə təcrübəsi;
- Azərbaycan dili səlis, xarici dil biliyi üstünlükdür;
- IFRS9 üzrə biliklərə malik olması üstünlükdür.
Biznes risklərin idarəedilməsi şöbəsinin Qeyri-maliyyə riskləri bölməsində Aparıcı mütəxəssis
Son tarix 11 iyl 2024 Müraciət et
Təsvir:
- Skorinq modellərinin təhlili, təkminləşdirilməsi (SQL üzərindən);
- Əməliyyat risklərinin idarə edilməsi istiqamətində (müəyyən edilməsi, qiymətləndirilməsi, minimallaşdırılması, monitorinqin aparılması) işlərin görülməsi və təkliflərin verilməsi;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
Tələblər:
- Ali təhsil (bakalavr);
- Əməliyyat riskləri sahəsində ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
- Azərbaycan dili səlis, xarici dil biliyi üstünlükdür;
- Bank işinin əsasları və Mərkəzi Bankın normativ xarakterli aktları ilə tanış olması;
- RCSA (Risk Control and Self Assesment) təcrübəsi;
- MS Ofis paketinin proqramlarının biliyi (Word, Excel).
Biznes risklərin idarəedilməsi şöbəsinin Maliyyə riskləri bölməsində baş mütəxəssis
Son tarix 11 iyl 2024 Müraciət et
Təsvir:
- Aylıq əsasda Mərkəzi Bankın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- MHBS 9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyatların yaradılması və modelin daimi yenilənməsi;
- Risk limitlərinin hazırlanması və aylıq əsasda müntəzəm olaraq monitorinqi;
- Likvidlik risklərinin təhlili, icrası və aylıq hesabatlığının aparılması;
- Aylıq olaraq kredit portfelinin idarə edilməsi üzrə təkliflərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
- Risk İştahası Bəyannaməsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirmək;
Tələblər:
- Ali təhsil (bakalavr);
- Bank və ya digər əlagəli maliyyə müəssisəsində (sığorta, audit, konsaltinq) ən azı 3 illik iş təcrübəsi;
- Azərbaycan dili səlis, xarici dil biliyi arzuolunandır;
- Risk menecmenti və maliyyə sahələrində biliklərinin olması;
- ACCA, CFA sertifikatlarının olması arzuolunandır.