Azər Türk Bank
İnformasiya təhlükəsizliyi sistemlərinin administrasiyası bölməsində Baş mühəndis
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-600-800-1000 manat - 24 VAKANSİYA
Son tarix 14 avq 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Mövcud “NGF Firewall”- təhlükəsizliyinin təhlili;
- Yeni və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
- Şəbəkə, server və proqram təminatlarının zəifliklərinin aşkar edilməsi (vulnerability scanning);
- İPS sistemlərinin təhlükəsizliyinin təhlili;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
- Email təhlükəsizliyi sisteminin təhlükəsizliyinin təhlili;
- Şəbəkə və “application” üzrə monitorinq sistemlərinin administrasiyası
- Görülmüş işlər barədə mütəmadi olaraq hesabat hazırlamaq və şöbə rəisinə təqdim etmək
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi
- Azərbaycan dili səlis, ingilis dili yaxşı və rus dili biliyi arzuolunandır
- Veb təhlükəsizlik (Web Application Firewall) parametrlərinə dair biliklər;
- AAA, RADIUS, TACAS+ barədə biliklər;
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
- Anti-virus, Anti-Malware sistemləri barədə biliklər;
- Vulnerability scanning proqramı üzrə biliklər;
- Penetration testing barədə biliklər;
- Müdaxilələrin qarşısının alınması sistemləri (IPS) üzrə biliklər;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təhlili barədə biliklər;
- Email təhlükəsizliyi, monitorinq sistemi və VPN texnologiyaları üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.)
- Komandada işləmək bacarığı və öyrənməyə meyillilik
- Məxfiliyin qorunması bacarığı