Azenco OJSC
Tender üzrə mütəxəssis
Son tarix 23 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının dövlət qurumları, publik hüquqi şəxsləri və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Azərbaycan Respublikası daxilində və xaricində beynəlxalq maliyyə qurumları və donor təşkilatları tərəfindən maliyyələşən layihələr çərçivəsində elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tenderlərdə iştirak üçün müəyyən edilmiş tələblərin, ixtisas uyğunluğu meyarlarının təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
- Tender sənədlərinin əldə olunması, səmərəli iş planlaması və bölgüsü əsasında tender təkliflərinin operativ qayda hazırlanması;
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
- Tender təkliflərinin hazırlanması üçün tələb olunan əlavə rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması;
- Tender təkliflərinin hazırlanması üçün tələb olunan kommersiya məlumatlarının, layihə-smeta sənədlərinin və digər texniki sənədlərin Şirkətin müvafiq şöbələrindən tələb olunması, toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsi mərhələsində tender keçirən təşkilatlar tərəfindən ünvanlanmış sorğuların cavablandırılması;
- Tender prosesinin müxtəlif mərhələlərində Şirkətin təmsil olunması;
- Rəhbərliyin göstərişi əsasında vəzifə təlimatına uyğun olan digər tapşırıqların yerinə yetirilməsi.
Davranış bacarıqları:
- Təhlil etmək və problem həll etmək bacarığı;
- Ünsiyyət bacarığı;
- Tapşırıqların icrasında çevik yanaşma bacarığı;
- Analitik və problem həll etmə bacarığı;
- Əməkdaşlıq və Komanda işi;
- Vaxtın düzgün idarə edilməsi;
Biliklər:
- Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
- Azərbaycan, İngilis və Rus dillərini bilməli;
- Sənaye malları üzrə təchizat və tender sahəsində iş təcrübəsi 2 ildən artıq;
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək;
- Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Tikinti sahəsi barədə məlumatlı olması.
Əmək şəraiti:
- Həftə içi 5 gün saat 09:00-18:00);
- İstirahət günləri: Şənbə və Bazar;
- Korporativ nömrə (korporativ paket);
- Əməkhaqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək;
- Ünvan: Bakı şəh, Xətai rayonu, Daşqın Səfərov küç. 9