AZE Project
Hüquqşünas
Son tarix 01 dek 2022 [email protected]
İş barədə məlumat:
- Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
- Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanması;
- Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
- Dövlət orqanları qarşısında Şirkətin təmsil edilməsi
- Hesabatlarının hazırlanması;
- Əqli mülkiyyət qanunlarına, Miqrasiya Məcəlləsinə, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya) sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi;
- Xarici tərəfdaşlarla birgə icra edilən işlərin hüquqi sahəsinə nəzarət.
Vəzifəyə dair tələblər:
- Hüquq fakultəsi üzrə bakalavr ali təhsili (MA dərəcəsinə malik olmaq üstünlükdür);
- Azərbaycan və ingilis dillərində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (digər Avropa və Şərq dilləri, eləcə də rus dili üstünlükdür);
- Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
- Detallara yüksək diqqət;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;
- Hüquq sahəsi üzrə təcrübəsi olan, xüsusilə Dövlət sektorunda işləmiş namizədlərə üstünlük verilir;
- İş təcrübəsi olmayan namizədlər arasından təhsil səviyyəsinə (Avropa və ABŞ-da ali təhsil almış namizədlərə üstünlük verilməklə) görə seçim edilə bilər;
- 22-32 yaş kateqoriyasında olan namizədlərə üstünlük verilir.
İş şəraiti və əmək haqqı:
- Ofis daxilində iş, xaricə səfərlər
- Əmək haqqı minimum 1500 AZN olmaqla namizədin iş təcrübəsi və şəxsi keyfiyyətlərinə görə müəyyən edilir.
Vakansiyaya uyğun namizədlərin öz CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.