AZCD Group QSC
Satınalma departamenti rəhbərinin müavini (Tikinti sahəsi)
Son tarix 10 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinə dəstək olaraq prosesin düzgün icrasına nəzarət etmək;
- Tədarükçülərin seçimi və qiymətləndirmə prosesində iştirak etmək, alış tələblərini ilkin olaraq nəzərdən keçirmək və müvafiq şöbələrlə əlaqələndirmək;
- Yerli və xarici təchizatçıların araşdırılmasında və bazanın yenilənməsində kömək etmək;
- Satınalma bazarının təhlilində iştirak etmək və rəhbərin göstərişinə əsasən yeni təchizatçıların axtarışını həyata keçirmək;
- Tədarükçülərlə aparılan danışıqlarda iştirak etmək və ya rəhbərin tapşırığı ilə danışıqlar aparmaq;
- Təsdiqlənmiş tələbnamələrin icrasını əlaqələndirmək və sənədləşmədə dəstək vermək;
- Satın alınmış mallar və xidmətlər üzrə məlumat bazasının hazırlanması və yenilənməsində iştirak etmək, xərclərə nəzarətdə rəhbərə hesabatlar təqdim etmək;
- Rəqabətli qiymət sorğusu prosesində iştirak etmək və bu sistemin düzgün işləməsinə nəzarət etmək;
- Müqavilə detallarının təhlilində dəstək olmaq və xərclərin uzlaşdırılmasında iştirak etmək;
- Şirkətin inzibati və qeydiyyat işləri ilə bağlı daxili prosedurlara əməl olunmasına nəzarət etmək;
- Satınalınmış məhsul və xidmətlərin aidiyyəti şəxslərə çatdırılmasına nəzarət etmək və bu barədə hesabatlar hazırlamaq;
- Lazım gəldikdə daşınma və gömrük proseslərində rəhbərə dəstək olmaq və prosesi yerinə yetirmək;
- Vəzifə öhdəlikləri çərçivəsində ezamiyyətlərə getmək.
Tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (1-2 il rəhbər vəzifədə);
- Tikinti sahəsində təcrübə zəruridir;
- Təchizat bazarı və satınalma prosedurları haqqında geniş biliklər;
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel);
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma departamenti rəhbərinin müavini” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.