AZCD Group QSC
İnsan Resursları üzrə Menecer
Son tarix 24 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Bonus, kompensasiya və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
- www.emas.sosial.gov.az və www.isb.az əmək münasibətləri və məşğulluq altsistemi həmçinin icbari sığorta sistemi üzrə əməliyyatların Əmək məcəlləsinin tələblərinə uyğun olmaqla icrasına nəzarət edilməsi;
Tələblər:
- Təhsil: Ali təhsil
- Təcrübə: Müvafiq sahə üzrə 5 il iş stajı, tikinti sahəsi üzrə iş stajı arzuolunandır.
- Dil biliyi: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.